Quru yeməklər :: Ev üsulu toyuq döneri

Terkibi: Bir toyuğun döş eti, 5 x.q "Möcüze" qarğıdalı yağı, 5 x.q süd, 1 ç. q biber tomatı, 1ç.q. "Bizim Tarla" tomat pastası, 1 eded soğan, duz, istiot Evvelce soğanı rendeliyib suyunu sıxırıq ve denelerini atırıq. Suyuna 3 x.q. duru yağ, pomidor ve biber tomat, duz, istiot, südü bir qabda qarışdırırıq. Hemin qarışığa etleri basdırırıq ve çalışmaq lazımdır etde sümük olmasın. 24 saat soyuducunun alt gözünde saxlayırıq. Sehersi gün etleri streç klyonkaya üst-üste yığırıq ve dördkünc kerpic formasına salırıq. Soyuducunun üst gözünde dondururuq. Tam donduqdan sonra taxta üzerinde çalışdıqca nazik dilimler doğrayırıq. Çalışın, çox ince olsun. Tavaya 2 x.qaşıq yağı da elave edib bişiririk. Tam suyu çekilsin ve isteseniz qızarda da bilersiniz. Bu formaya düşene qeder bişirin. Artıq etimiz hazırdı. Sonra etin üzerine qoyacaq terevezleri doğrayıb qaba yığırıq. İster çörek, isterseniz de lavaş arasına yığın ve üzerine mayonez çekin. Bele bir setkada , ya da başqa qızdırıcılarda isidin. Dadına doyulmaz ev dönerimiz hazırdı. Nuş olsun!


Oxunub: 641 defe