Terkibi: 3.5 kq qırmızı biber 2.5 kq pomidor 1.5 kq soğan 1 kq kök 3 eded yaşıl biber 5 dis sarımsaq 1 deste ceferi 0.5 litr "Zeytun Bağları" zeytun yağı 1 xörek qaşığı sirke Duz Hazırlanması: Önce soğanları halqa-halqa doğrayırıq. Yağda azca qızardırıq. Pomidorun qabığını soyub azca sıxırıq ki, tumları çıxsın. Sonra et maşınında çekib soğanların üzerine elave edirik. Kökleri uzun-uzun doğrayıb üzerine elave edirik ve bişmeye qoyuruq. Kök yarıbişmiş olanda biberleri de doğrayıb üzerine elave edirik. Pomidorun suyu cekilene kimi bişiririk. Götürmeye 5 deqiqe qalmış sarımsaqları xırda-xırda doğrayaraq qarışığa elave edib bişirmeye davam edirik. Damaq dadına uyğun olarq duz elave edilir. Ateşden götürdükden sonra doğranmış ceferi ve sirkeni elave edirik. Ağzı bağlı şekilde 10 deqiqe saxlayırıq ki, dadları qarışsın. Bankalara yığırıq, sobanı 150 dereceye qoyub texminen 1 saat qaynadılır. Suda qaynatmağa ehtiyac yoxdur. Sobaya yerleşsin deye 0.5 litrlik bankalara yığırıq. Salatımız hazırdır.


Oxunub: 743 defe