Konservləşdirilmiş məhsullar :: Qış üçün salat

Terkibi: 10 eded badımcan 10 eded qırmızı bolqar biberi 10 eded böyük pomidor 5 eded soğan 1 baş sarımsaq 300 ml "Möcüze" qarğıdalı yağı 1,5 st sirke 5 ç/q şeker tozu 1-2 eded acı biber 5 ç/q duz Hazırlanması: Badımcanlar kiçik ve terdise soymağa ve duzlamağa ehtiyac yoxdu. Badımcan ve biber halqa-halqa doğranılıb bişireceyimiz qazana evvelce badımcan sonra biberler yığılır. Böyük etli pamidor halqavarı doğrayıb biberin üzerıne düzülür. Soğan eyni qaydada doğranılıb yığılır. Acı biber ve sarımsaq kiçik-kiçik doğranılır ve qazana elave edilir. Qazana bitki yağı, duz, şeker tozu, sirke elave edilib 30 deqiqe erzinde odun üzerine qoyulur. 30 deqiqe sonra qazı söndürün. 30 deqiqe saxlayıb yeniden hazır olana qeder bişirilir. ( fasile ile bişirilir ki, erzaqlar ezilmesin.) Hazır salat sterilize edilmiş bankalara yığıb bağlanılır. Gözel görünür, ele deyilmi? Salatımız hazırdır. Nuş olsun!


Oxunub: 1134 defe