Tortlar :: Napoleon tortu

Terkibi: Xemir: 2 yumurta300 q kere yağı6 st. un (1 st.=200 q)100-150 ml su0,5 ç.q. duz4 x.q. sirkeBişmiş krem: 5 yumurtanın sarısı1,5 litr süd3 x.q. nişasta300 q şeker tozuvanil250 q kere yağı Hazırlanması: Soyuq kere yağını unun üzerinde sürtgecden keçirin. Duz sepin. Yumurta, su ve sirkeni qarışdırıb buraya elave edin. Xemir yoğurun. Onu bir qaba qoyub ağzına qida plyonkası çekin, 1,5-2 saat soyuducuda saxlayın. Soyuq xemiri bir neçe beraber hisseye bölün. Her birini 2 mm qalınlıqda yayın. Siniye qoyub bıçaq ve ya çengelle bir neçe yerinden deşin. 220-250 derece qızdırılmış sobada 5-7 deqiqe bişirin. Sarı-qızılı renge çalanda götürün. Korjlardan hansısa dağıldısa, ondan üstüne sepmek üçün istifade ede bilersiniz. Krem üçün: südün 1 stekanını ayırıb kenara, qalanını qazana töküb ocağın üstüne qoyun. Yumurta sarısı, 1 st süd, şeker tozu, nişasta ve vanili çalın. Qaynayan süde elave edin, bu zaman onu daim qarışdırın. Qatılaşanacan qarışdıra-qarışdıra bişirin, krem qaynamamalı, dibi tutmamalıdır. Ocaqdan götürün, qarışdıra-qarışdıra soyudun. En asan variant: qabı olan miksere töküb en aşağı süreti qoşun. Bu zaman onun üzerinde qaymaq emele gelmeyecek. Bişmiş kremi olduğu kimi, bezen de ona yağ qataraq istifade edirler. Bunun üçün kere yağını ağaranadek çalın. Sonra soyumuş bişmiş kremi tedricen elave ederek çalın. Korjlardan bir-ikisini xırdalayın . Korjların arasına krem çekin, üst-üste yığın. Qırıntıları şeker pudrası ile qarışdırın. Tortun üstüne ve kenarlarına sepin. Tortun tam özünü tutması üçün bir neçe saat saxlayın. Nuş olsun!


Oxunub: 671 defe