Duzlu xəmir işləri :: Etli pendirli börek

Lazım olan erzaqlar: 300 qr. farş 2 baş soğan 300 qr. pendir qarışığı 100 qr kesmik 6 st.elenmiş un İlıq su 200 qr. "Möcüze" paket yağı 4 yumurta 5 qr. maya Üzerine sepmek üçün çörekotu Zövqe göre duz, istiot Hazırlanması: Evvelce una 2 yumurta, 100 qr eridilmiş yağ, maya, duz elave edib yumşaq xemir yoğururuq. 10-15 deqiqelik özüne gelmeye qoyuruq. 1-ci içlik üçün farşa doğranmış soğan elave edib tavada tam bişiririk. 2-ci içlik üçün 3 ferqli pendirden istifade edirik. Her birini rendeden keçiririk. Lazım gelse duz elave edirik. Xemiri 5-6 hisseye bölürük. Xemiri yayıb yağlayırıq. Bunun da üstünden etli içliyi yayırıq. Bunu rulet formasında büküb sobanın yağlanmış listine qoyuruq. İkinci xemir pendir içlikli olmalıdır. Belelikle, birinci etli sonra da pendirli xemirleri sıra ile liste yığırıq. Üstüne 2 yumurta ve 3 x.q. xama elave edib qarışdırırıq. Bu qarışığı böreyimizin üzerine çekib çörekotu sepirik. Sobada 180 derecede bişiririk. Pendirli, etli böreklerimiz hazırdır. Nuş olsun, xanımlar !!!


Oxunub: 887 defe