Şirin xəmir işləri :: Qarağatlı, alma piroqu

Terkibi: Xemir üçün: 2,5 st. un 2 ç.q şeker tozu 125 q soyuq “Möcüze” paket yağı 6-8 y.q buzlu su ½ ç.q duz ½ ç.q qabartma tozu Yumurta sarısı (piroqun üzeri üçün) İçlik üçün: 700 q alma 100 q qehveyi şeker tozu 1 ç.q darçın ¾ st. qara qarağat Hazırlanması: Evvelce xemiri hazırlayın. Elenmiş unun üzerine qabartma tozu, duz ve şeker tozunu elave edin. Sonra onun üzerine kub şeklinde doğranmış yağı elave edin ve qarışdırın. Qarışımın üzerine 4 yemek qaşığı buzlu su elave edib qarışdırın. Ehtiyac olda yerde qalan suyu da elave edin. Xemiri yumrulayın ve qida klokuna bükün. Sonra ise 30 deqiqe soyuducuda saxlayın. Xemiri soyuducudan götürenden sonra iki yere bölün. Hisselerden biri böyük olsun, digeri ise balaca. Böyük hisseye dairevi forma verin ve yağlanmış qaba qoyun. Sorna ise onu qabla birlikde soyuducuya qoyun. Artıq içliyi hazırlaya bilersiniz. Almaları yuyun, qurudun ve temizleyin. Sonra ise orta ölçülü hisselere kesin. İstenilen hisselere kese bilersiniz. Almanın üzerine qara qarağatı, qehveyi şeker tozunu elave edib qarışdırın. Hazırlanmış içliyi soyuducuya qoyduğunuz xemirin üzerine tökün. Kenarda saxladığınız kiçik xemirden ise yarpaq formaları kesin. Eslinde istediyiniz formaları kese bilersiniz. Bu artıq sizin öz zövqünüz ve bacarığınıza qalmış bir haldır. Xemirden kesdiyiniz hisseleri içliyin üzerine düzün ve üzerine yumurta çekin. Piroq 1800C-de 40-45 deqiqeye hazır olur. Nuş olsun!


Oxunub: 605 defe