Xəbərlər ::

SİYASƏT :: Rauf Arifoğlu deputatlığa namizedlik meselesine aydınlıq getirdi

21-07-2015 15:06

 

“Yeni Müsavat” qezetinin  baş redaktoru Rauf Arifoğlu bu il keçirilecek parlament seçkilerinde namized olub-olmayacağına aydınlıq getirib. Baş redaktor Payiz.Az-a açıqlamasında jurnalistin millet vekilinden daha böyük statusa malik olduğunu deyib: “Parlament seçkilerinde iştirak etmekle bağlı hele qerar vermemişem. İştirak ede de bilerem, etmeye de bilerem. Men eslinde millet vekilinden yüksek statusa malikem. Men jurnalistem, eyni zamanda bir neçe media quruluşum, qrupum  var. Hansı deputatın ele imkanı, gücü var?".

 

R.Arifoğlunun sözlerine göre, son zamanlar atdığı addımlar "mandata göre deyil": "Menim bir yox, bir neçe mandatım var. Parlament nedir? Danışan insan demekdir. Sözünü demek üçün tribuna. Menim bu imkanlarım var, hetta men deputatlara tribuna verirem. Menden xahiş edirler ki, onlara yer verem. Bu baxımdan menim bir problemim yoxdur". Men xalqın, oxucuların, ictimaiyyetin deputatıyam”. 


Oxunub 302 defe