Xəbərlər ::

SOSİAL :: Şeyxülislam Azerbaycan jurnalistlerini tebrik etdi

21-07-2015 15:22

Şeyxülislam Allahşükür Paşazade metbuat günü münasibetile Eflatun Amaşovu tebrik edib. Payiz.Az-ın Qafqaz Müselman İdaresinin saytına istinaden melumatına göre, tebrik mektubunda deyilir: “Sizi ve Sizin şexsinizde bütün Azerbaycan jurnalistlerini, metbuat işçilerini peşe bayramınız ve Azerbaycan Milli metbuatının yaranmasının 140-cı ildönümü münasibetile semimi qelbden tebrik edir, Uca Allahdan hamınıza necib ve şerefli işinizde xeyir-dualar dileyirem.

Azerbaycanın milli metbuatı, heqiqeten, çox şerefli ve mürekkeb inkişaf yolu keçmişdir. Bu yolda qazanılmış uğurlar, elde olunmuş nailiyyetler her zaman Vetenimizin tereqqi ve inkişafına xidmet etmişdir. Milli metbuatımız yarandığı andan etibaren özünün maarifçi ruhu ile milyonların menevi intibahına, medeni dirçelişine yardımçı olmuşdur. 140 illik inkişaf yolu keçmiş Azerbaycan milli metbuatı görkemli şexsiyyetlerin, vetenperver ruhlu maarifperver qelem ehlinin böyük xidmetleri sayesinde bu gün öz layiqli yerini ala bilmişdir.

Müsteqil dövletimizin ümde maraq ve menafelerinin ardıcıl müdafieçisi olan Azerbaycan milli metbuatının uğurları fexaret doğurur. Ulu önder Heyder Eliyev Azerbaycan milli metbuatının inkişafına böyuk önem verirdi. Eminem ki, möhterem dövlet başçımız İlham Eliyev cenablarının ali diqqet ve qayğısı sayesinde milli metbuatımızın tereqqisi yönünde atılan ehemiyyetli addımlar, gösterilen seyler, inşallah, bu sahede daha böyük uğurlara revac verecekdir.

Xalqımız ve Vetenimiz üçün olduqca böyük deyer kesb eden milli metbuatın inkişafı istiqametinde Azerbaycan Metbuat Şurasının gördüyü işler teqdirelayiq ve deyerlidir. Bele ki, metbuatın öz ilkin amal ve meqsedlerine uyğun şekilde fealiyyet göstermesi, uca niyyet ve meramlarına ehtiramla yanaşması, qelem ehlinin peşekarlıq, serişte ve qerezsizliyinin temin olunması, jurnalist adının şeref ve leyaqetinin qorunması kimi mühüm meselelerde ardıcıllıq ve obyektivlik nümayiş etdiren Metbuat Şurası Azerbaycan jurnalistikasının daha yüksek seviyyelere qalxması işine öz qiymetli töhfesini verir.

Hörmetli Eflatun müellim! Bu möhteşem yubiley erefesinde Sizi ve Sizin simanızda ölkemizin bütün metbuat işçilerini bir daha ürekden tebrik edir, sizlere çetin, eyni zamanda olduqca şerefli işinizde yeni-yeni uğurlar, daha uca zirveler arzulayıram. Hamınıza Azerbaycanın şanlı jurnalistika mektebinin leyaqetli davamçıları olmağı, elinizdeki qelemin müqeddes olduğunu heç zaman unutmamağı ve xalqımızın milli-medeni, dini-exlaqi deyerlerine, menevi irsine daima sadiq qalmağı Allahdan dileyirem. Qoy Uca Yaradan öz Lütfünü her zaman sizlerin üzerinde berqerar etsin”


Oxunub 389 defe