Xəbərlər ::

SOSİAL :: EESMN şehid ve elil ailelerini birdefelik maddi yardımla temin edib

21-07-2015 15:25

 

Cari ilin yanvar-iyun ayları erzinde Emek ve Ehalinin Sosial Müdafiesi Nazirliyi (EESMN) ayrı-ayrı ildönümleri ile elaqedar ve sosial-meişet problemlerinin helline kömeklik meqsedile ümumilikde 1064 nefer elilliyi olan şexsi ve 112 şehid ailesini birdefelik maddi yardımla temin edib. Nazirliyin İctimaiyyetle elaqeler şöbesinde Payiz.Az-a verilen melumata göre, bu dövrde 20 Yanvar faciesinin 25-ci ildönümü ile elaqedar 112 nefer 20 Yanvar şehidinin ailesine, 316 nefer 20 Yanvar eliline, Çernobıl AES-de baş vermiş qezanın 29-cu ildönümü ile elaqedar hemin qezanın neticelerinin aradan qaldırılmasında iştirak ederken elil olan 486 nefer şexse birdefelik maddi yardım ödenilib. Hemçinin, EESMN-deki “Elillerin tibbi reabilitasiya ve sosial-meişet problemlerinin helline kömeklik gösteren Komissiya”nın qerarları ile sosial müdafieye daha çox ehtiyacı olan 262 nefer elilliyi olan şexse sosial-meişet problemlerinin helline kömeklik meqsedile birdefelik maddi yardımlar verilib ki, bu da öten ilin müvafiq dövrü ile müqayisede 45 nefer ve ya 20,7 faiz çoxdur.

 

Eyni zamanda, Komissiyanın qerarları esasında hesabat dövründe 8 nefer elilliyi olan şexsin respublika daxilinde müalice olunmasına kömeklik gösterilmesi üçün müvafiq mebleğde vesait ödenilib. Habele Sehiyye Nazirliyinin “Vetendaşların respublikadan kenar müaliceye gönderilmesi meseleleri üzre Komissiyası”nın müvafiq reyi esasında 12 nefer elilliyi olan şexsin respublikadan kenar müaliceye gönderilmesi üçün neqliyyat xercleri nazirlik terefinden ödenilib.

 


Oxunub 330 defe