Xəbərlər ::

İQTİSADİYYAT :: Maliyye Nazirliyi ilin ilk 6 ayının HESABATını verdi

21-07-2015 15:43

 

 

Azerbaycan Maliyye Nazirliyi 2015-ci ilin 6 ayı üzre dövlet büdcesinin icrasına dair melumat yayıb.

 

Payiz.Az-ın nazirliyin saytına istinaden melumatına göre, 2015-ci ilin altı ayında dövlet büdcesinin medaxili 7807,2 mln. manat, xercleri 8577,9 mln. manat olub. Büdcede 700,7 mln. manat mebleğinde kesir (defisit) yaranıb.

 

2015-cü ilin altı ayında dövlet büdcesinin medaxili 7717,0 mln. manat proqnoza qarşı 7807,2 mln. manat ve yaxud 1,2 faiz çox olub.

 

Azerbaycan Respublikasının Vergiler Nazirliyi terefinden medaxil proqnozu 100,2 faiz icra edilmekle dövlet büdcesine 3328,8 mln. manat vesait temin edilib.

 

Hemin vesaitin 68,3 faizi ve yaxud 2275,0 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrüne nisbeten 11,4 faiz-bend çoxdur.

 

2015-ci ilin altı ayında Azerbaycan Respublikasının Dövlet Gömrük Komitesi proqnoza 100,3 faiz emel ederek büdceye 765,3 mln. manat vesait temin edilib ki, bu da öten ilin eyni dövrü ile müqayisede 4,4 faiz ve yaxud 32,5 mln. manat çoxdur.

 

Dövlet büdcesinden maliyyeleşdirilen teşkilatların ödenişli xidmetlerinden daxilolmaları 110,1 mln. manat teşkil edib.

 

Sair daxilolmalar üzre büdceye 41,4 mln. manat vesait daxil olub.

 

Azerbaycan Respublikasının Dövlet Neft Fondundan dövlet büdcesine 3561,6 mln. manat vesait transfer edilib.

 

 

2015-cü ilin altı ayında dövlet büdcesinin xercleri proqnoza nisbeten 85,0 faiz ve yaxud 8577,9 mln. manat icra olunmuş, qarşıya qoyulmuş bütün esas öhdelikler yerine yetirilib.

 

Cari ilin altı ayında dövlet büdcesi xerclerinin 4423,2 mln. manatı ve yaxud 51,6 faizi cari xerclere yöneldilib. Cari xercler esasen büdce teşkilatlarında çalışanların emek haqqını, teqaüdler ve sosial müavinetleri, kommunal ve kommunikasiya, abadlaşdırma xidmetleri haqqının ödenilmesini ve diger zeruri xercleri ehate edir.

 

Dövlet büdcesi xerclerinin 3855,3 mln. manatı ve yaxud 44,9 faizi esaslı xerclere yöneldilib. Esaslı xercler ölkede heyata keçirilen sosial ve infrastruktur layihelerin, esas vesait, qurğu ve avadanlıqların, xüsusi dövlet alışlarının ve diger esaslı ödenişlerin maliyyeleşdirilmesine serf edilib.

 

Ümumi xerclerin 299,4 mln. manatı ve yaxud 3,5 faizi dövlet borcuna ve öhdeliklerine xidmetle bağlı xerclere (ödeniş vaxtı çatmış dövlet borcları ve faizler üzre ödenişler) yöneldilib.

 

Cari ilin altı ayında dövlet büdcesinde 770,7 mln. manat kesir olub. Kesir «Azerbaycan Respublikasının 2015-ci il dövlet büdcesi haqqında» Azerbaycan Respublikasının Qanununa müvafiq olaraq 2015-ci il 1 yanvar tarixe dövlet büdcesinin vahid xezine hesabının qalığı ve özelleşdirmeden daxilolmalar hesabına örtülüb.

 

2015-ci ilin ikinci rübünde (aprel-iyun aylarında) dövlet büdcesinin medaxili 3868,4 mln. manat, xercleri ise 4388, mln. manat icra olunub.

 

Cari ilin altı ayında icmal büdcenin gelirleri 9035,4 mln. manat, icmal büdcenin xercleri 9907,1 mln. manat icra olunub.


Oxunub 458 defe