Xəbərlər ::

SİYASƏT :: Azerbaycan prezidenti: “Ermeni lobbisinin ebedi düşmeniyik”

21-07-2015 16:06

 

"Ermeni lobbisi sübut etmeye çalışır ki, Azerbaycanda guya insan haqları pozulur ve belelikle, ermeni azlığı gelecekde Azerbaycanın terkibinde yaşaya bilmez, bu, tam cefengiyatdır"

 

“Biz ermeni tebliğatını ifşa etmeliyik. Dünya ictimaiyyetine çatdırmalıyıq ki, bize qarşı hücumların arxasında neler dayanır. Bu, çox sade yanaşmadır ki, ermeni lobbisi ne üçün bize qarşı bu fealiyyeti aparır. Bu, ilk növbede düşmençiliye göredir, biz onların ebedi düşmeniyik, bunu heç kim heç vaxt yaddan çıxarmasın”.

 

APA-nın melumatına göre, bunu bu gün Azerbaycan prezidenti İlham Eliyev milli metbuatın yaradılmasının 140 illiyi münasibetile Metbuat Şurası İdare Heyetinin üzvleri ile görüşünde deyib.

 

Dövlet başçısı bildirib ki, ermeni lobbisi Azerbaycanda demokratiya olmadığını sübut etmeye çalışır: “Guya insan haqları pozulur ve belelikle, ermeni azlığı gelecekde Azerbaycanın terkibinde yaşaya bilmez. Halbuki bu, tam cefengiyatdır. Azerbaycan çoxmilletli, çox konvensiyalı ölkedir. Bütün milletlerin, dinlerin nümayendeleri Azerbaycanda qardaşlıq şeraitinde yaşayır. Ölkemizde unikal şerait yaradılıb ve bu, bir çox ölkeler üçün nümune ola biler. Ancaq bu tebliğatın ve anti-Azerbaycan kampaniyasının arxasında duran esas tezis mehz bundan ibaretdir, yene de Dağlıq Qarabağ münaqişesidir. Ona göre de Azerbaycanı müasir, inkişafda olan, açıq, tolerant ölke kimi dünya media mekanına teqdim etmeliyik. Bununla beraber, Ermenistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişesi ile bağlı hem tarixi heqiqetleri, hem Azerbaycanın mövqeyini, ümumiyyetle, indiki veziyyeti daha geniş işıqlandırmalıyıq”.   


Oxunub 349 defe