Xəbərlər ::

SOSİAL :: Vaxtından evvel I sinfe qebul üçün müsahibeler başlayıb

21-07-2015 16:32

 

Tehsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından evvel I sinfe qebulu Qaydaları”nın tesdiqi barede emrinin teleblerine müvafiq olaraq Bakı şeherinde yerleşen ve Bakı Şeheri üzre Tehsil İdaresinin tabeliyinde olan mekteblerde 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dek tamam olan uşaqların I sinfe qebulu meqsedile müsahibeler bu günden etibaren başlanılıb ve avqustun 3-ne qeder davam edecek.

 

BŞTİ-nin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, müsahibeler Bakı şeheri Nesimi rayonundakı 42 nömreli tam orta mektebde keçirilir. Bele ki, uşaqlarının vaxtından evvel mektebe getmesini arzu eden valideynler  (ve ya qanuni nümayendeler) övladlarının müsahibede iştirakı üçün iyulun 1-den 31-ne kimi mektebeqebul.edu.az saytında qeydiyyatdan keçmelidir. Qeydiyyatdan keçmiş valideyn müsahibenin tarixi ve vaxtı barede melumat olan buraxılış vereqesini çap ederek gösterilen zamanda övladını 42 nömreli mektebe getirmelidir.

 

Tehsil nazirinin müvafiq emrine esasen, müeyyen edilmiş mekteblerde fealiyyet gösteren mektebehazırlıq kursunu bitirmiş şagirdler ise mektebeqebul.edu.az saytından hemin kursu bitirdiyine dair sertfikatı çap etmeli, eyni zamanda mekteb seçmelidirler. Kursu müveffeqiyyetle bitirerek sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfe müsahibeden kenar qebul olunacaqlar.

 

Hazırda 3309 nefer qeydiyyatdan keçib, onlardan 2681 nefer müsahibede iştirak üçün buraxılış vereqesi, 628 nefer ise tehsil nazirinin müvafiq emrine esasen müeyyen edilen mekteblerde fealiyyet gösteren mektebehazırlıq kursunu bitirmesine dair sertifikat elde edib.

 

Qeyd edek ki, mektebe qebul üçün avqustun 15-den etibaren valideynler müvafiq senedleri teqdim etmekle seçdikleri mektebde fealiyyet gösteren işçi qrupuna müraciet etmelidir.

 


Oxunub 288 defe