Xəbərlər ::

HADİSƏ :: Avropa Birliyi-Azerbaycan münasibetleri Fransa metbuatında

21-07-2015 18:48

Prezident yanında Qeyri-Hökumet Teşkilatlarına Dövlet Desteyi Şurasının desteyi ile Fransanın meşhur jurnalında Avropa Birliyi ile Azerbaycanın münasibetlerine dair  meqale derc olunub. Şuranın metbuat xidmetinden  Payiz.Az-a verilen melumata göre, layihe çerçivesinde Fransanın heftelik L'OBS jurnalında Azerbaycanın Avropa Birliyi üçün strateji öneminden behs eden “Yunanıstan böhranından sonra: Yeni Qonşuluq siyaseti” serlövheli meqale (http://leplus.nouvelobs.com/contribution/1397829-.html) derc olunub.

 

Müellif Avropa Birliyinin qonşu dövletler ile bağlı siyasetine toxunaraq qeyd edir ki, cari ilin may ayında baş tutan Şerq Terefdaşlığı Sammiti bu sırada xüsusi önem daşıyır. Meqalede qeyd edilir ki, Avropaya inteqrasiya seçimi Gürcüstan ve Ukraynaya çox baha başa gelib: Gürcüstan faktiki Cenubi Osetiya ve Abxaziyanı itirib, Ukraynada ise qanlı müharibe gedir, Krım Rusiya terefinden zebt olunub, Donbassın geleceyi ise bilinmir. Şerq Terefdaşlığının diger iki ölkesi Belarus ve Ermenistan Avrasiya İqtisadi Birliyin üzvüdür. Belarusun bu seçimini daha çox tebii qazı ucuz qiymete almaq istemesi ile izah etmek olar. Ermenistana gelince ise İrevan uzun müddet süren danışıqlardan sonra AB ile Assosiasiya Sazişini imzalamaqdan imtina edib.

 

Azerbaycan Şerq Terefdaşlığına daxil olan ölkeler arasında ne Avropa Birliyi, ne de Avrasiya İqtisadi Birliyi ile müqavile imzalayan yegane dövletdir. Azerbaycan enerji techizatının diversifikasiyası ve Rusiyadan asılılığın azaldılması kontekstinde Avropa Birliyi üçün mühüm rola sahib olan dövletdir. Artıq Xezer denizinden Türkiye vasitesile tebii qaz resurslarını Avropaya çatdıracaq qaz boru kemerinin tikintisine başlanılıb. Lakin Avropa Birliyi ve Azerbaycan arasında emekdaşlıq daha çox vizaların verilmesi ve avia uçuşların teşkili kimi texniki meseleleri ehate edir: “Avropa Birliyi yeterli irade nümayiş etdirmese resmi Bakı üzünü Rusiyaya teref tutacaq ve belelikle Avropa Azerbaycanı itirecek. Halbuki bu kiçik ölkenin yerleşdiyi erazinin geostrateji ehemiyyetini nezere alsaq, AB Azerbaycanla davamlı emekdaşlığın qurulmasında maraqlı olmalıdır. İlk dünyevi müselman ölkesi olan Azerbaycan ise, öz növbesinde terefdaşlarından şimalda Dağıstandan ve cenubda İŞİD-den dünyeviliye qarşı yönelmiş tehlükenin qarşısının alınması üçün aydın strategiyanın ortaya qoyulmasını gözleyir”.

 

Meqalenin sonunda müellif bele bir qenaete gelir ki, dünyada mövcud qeyri-stabil veziyyet Avropa Qonşuluq Siyasetine yeniden baxılması zeruretini yaradır ve burada Azerbaycan yaxın gelecekde mühüm rol oynaya biler.

Qeyd edek ki, L'OBS jurnalı Fransada işıq üzü gören illik tirajı 500.000-den artıq olan heftelik dergidir.


Oxunub 539 defe