Xəbərlər ::

SOSİAL :: Bakıya gelen rayon avtomobilleri üçün MÜHÜM QERAR

21-07-2015 18:55

 

 

 

BDYPİ Azerbaycan paytaxtında neqliyyat vasitelerinin sıxlığının aradan qaldırılması ile bağlı tedbirlere başlayıb

 

Baş Dövlet Yol Polisi İdaresi (BDYPİ) paytaxtda neqliyyat vasitelerinin sıxlığının aradan qaldırılması ile bağlı tedbirler görür.

 

İdarenin ictimaiyyetle elaqeler şöbesinin reisi Kamran Eliyevin APA-ya verdiyi melumata göre, icaze verilen maksimum kütlesi 5 tondan artıq yük avtomobillerinin, habele ayrı-ayrı regionlarda qeydiyyatında olan minik avtomobillerinin saat 07:00-dan 22:00-dek paytaxta girişine müeyyen mehdudiyyetler tetbiq edilecek. Minik ve ya yük teyinatlı olmasından asılı olmayaraq, mehdudiyyetler tetbiq edilecek avtomobillerin paytaxtın giriş hisselerinde teşkil edilmiş ve her bir lazımi şeraitle techiz olunmuş duracaqlarda ödenişsiz saxlanılması, sürücülerin ve sernişinlerin avtobuslarla en yaxın metro stansiyasına çatdırılması temin olunacaq.

 

Tedbirler planına esasen, paytaxt küçelerinde avtomobillerin park edilmesi, ictimai neqliyyatın ve taksi fealiyyetinin tekmilleşdirilmesi, xüsusi duracaqların, yerüstü piyada keçidlerinin yaradılması heyata keçirilecek. 


Oxunub 353 defe