Xəbərlər ::

İQTİSADİYYAT :: AZAL qiymetleri endirdi: 99 avro

21-07-2015 19:14

 

“Azerbaycan Hava Yolları” Qapalı Sehmdar Cemiyyeti (AZAL) özünün aşağı büdceli sernişindaşıma xettinin (lou-kost istiqametler), hemçinin aviaşirketin bütün mövcud reysleri üzre teyyarelerde aşağı tarifli yerlerin yeni blokunun tetbiqine başlayır.

 

AZAL-ın metbuat xidmetinden "APA-Economics"e verilen melumata göre, bu tedbirler prezident İlham Eliyevin iyulun 13-de Nazirler Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına ve qarşıda duran vezifelere hesr olunan iclasında aviabiletlerin  qiymetlerinin azaldılması ile bağlı verdiyi tapşırıqlara uyğun olaraq görülüb.

 

İyulun 16-da “Azerbaycan Hava Yolları” QSC-nin İdare heyetinin Dövlet Mülki Aviasiya Administrasiyası ile birge keçirilmiş iclasında İdare Heyetinin sedri Cahangir Esgerov her bir hava xettinin tariflerinin derinden tehlil edilmesini, aviabiletlerin qiymetinin aşağı salınması yollarının araşdırılmasını, güzeştlerin tetbiq edilme şertlerinin ve tariflerin yeni tenzimleme mexanizminin işlenib hazırlanmasını tapşırıb.

 

İyulun 21-de "Azerbaycan Hava Yolları" QSC-nin İdare Heyetinin kollegiyasının qapalı iclası keçirilib. İclasda aviabiletlerin cari qiymetlerinin azaldılması üçün teklifler dinlenilib. Meruzeler neticesinde bu mesele ile bağlı konkret tedbirlerin görülmesine qerar verilib.

 

Xüsusile, "Azerbaycan Hava Yolları" aşağıda gösterilen istiqametler üzre özünün aşağı büdceli sernişindaşıma xettini (lou-kost istiqametler) yaradacaq:

- Bakı-Antalya-Bakı – bu ilin avqustundan başlayaraq heftede 3 defe;

- Bakı-İstanbul-Bakı – bu ilin sentyabrından başlayaraq her gün 1 uçuş;

- Bakı-Moskva-Bakı – bu ilin oktyabrından başlayaraq her gün 2 uçuş;

- Bakı-Dubay-Bakı – bu ilin oktyabrdan başlayaraq her gün bir uçuş.

 

Yeni reyslerin başlama tarixinin müxtelif olması xidmet gösterilmesi üçün hava limanları ile müqavilelerin imzalanması, xarici hava limanlarında icazelerin alınması kimi prosedur meselelerle elaqedardır.

 

Sadalanan istiqametlerde lou-kosterler üçün seciyyevi sayılan hava daşımalarının biznes-modeli tetbiq olunacaq.

 

Uçuşlar "Embraer" teyyareleri ile heyata keçirilecek. Bu istiqametler üzre aşağı büdceli sernişindaşıma xetlerinin yekun satış qiymeti bir terefe 99 avrodan çox olmayacaq.

 

Bundan elave, “Azerbaycan Hava Yolları”nın bütün mövcud reyslerinde cari qiymetlerin azaldılmasına yönelmiş yeni tarif siyasetinin tetbiq olunmasına dair qerar qebul edilib. Bu tarif siyaseti yeni lou-kost istiqametlere şamil olunmayacaq.

 

Belelikle, bu ilin avqustun 1-den etibaren “Azerbaycan Hava Yolları”nın bütün istiqametleri üzre minimal cari ekonom-klass tariflerine 20 faiz endirim tetbiq olunacaq. Bu tarif üzre satılan biletlerin sayı teyyarede yerlerin 30 faizini teşkil edecek. Bu zaman sernişinler üçün bütün növ ekonom-klass xidmetleri saxlanılacaq. 


Oxunub 732 defe