Xəbərlər ::

SOSİAL :: Teltif olunan jurnalistler: "Bu deyer dövletin jurnalistika siyasetinin bir hissesidir"

21-07-2015 20:02

Azerbaycan prezidenti İlham Eliyev milli metbuatımızın 140 illik yubileyi ile elaqedar bir qrup media nümayendelerini fexri adlarla teltif edib. Teltif edilen jurnalistler sırasında "APA Holding"in de emekdaşları var.
 
"Tereqqi" medalı ile teltif olunan "APA Holding"in Direktorlar Şurasının sedri, APA informasiya Agentliyinin baş direktoru Nurşen Quliyev deyir ki, emeyinin deyerlendirilmesine her kes seviner ve bu gün aldığı yüksek qiymet de onun illerle Azerbaycan jurnalistikasına verdiyi emeyin behresidir: "Dostlarımdan, hemkarlarımdan, bir çox insanlardan tebrikler alıram. Amma menim üçün en böyük tebrik müellimlerimden aldığım tebriklerdir. Bezi müellimlerim telefon nömremi tapıb zeng edirler, tebriklerini çatdırır, onların etimadını doğrultduğum, zehmetlerini itirmediyim üçün teşekkürlerini bildirirler. Menim üçün en böyük tebrik müellimlerimin tebrikidir. Zehmetimizi qiymetlendirenlere minnetdarlığımı bildirirem".
 
Emekdar jurnalist, "APA Holding"e daxil olan Payiz.Az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu ise hesab edir ki, ölke başçısı terefinden jurnalistlere verilen deyer dövletin jurnalistika siyasetinin bir hissesidir: "Fexri ad alan jurnalistler arasında xeyli sayda tanıdığım insanlar var ki, bu mükafat onların illerdir verdiyi zehmetin qarşılığıdır. Düzdür, biz peşemizi ona göre yerine yetirmirik ki, kimse bize buna göre minnetdarlıq etsin. Amma işin öhdesinden nece gelmeyinin de ortada bir göstericisi olmalıdır ki, insanlar bu işin doğru olub-olmadığının ferqinde olsun. Fexri ad ve mükafat alan bütün dostlarımı tebrik edirem. Xüsusile de milli metbuatın yaranmasının 140 illik yubileyi münasibetile tebrik edirem. Çünki biz cemiyyetin çox böyük ve ciddi bir institutu haqqında danışırıq. Hesab edirem ki, metbuat sade bir institut deyil. Metbuatın tarixinin 140 ile çatması bize bir çox şeylerden xeber verir".
 
"Yeni Müsavat" qezetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, milli metbuatın 140 illik yubileyi münasibetile prezident terefinden "emekdar jurnalist" fexri adı ile teltif edilmesi böyük ehemiyyet kesb edir. O hesab edir ki, eger istenilen bir yazar peşesini layiqince yerine yetirib ölkesine xidmet edirse, onun hansı düşergede olmasından asılı olmayaraq, fealiyyeti qiymetlendirilmelidir. Ölke başçısı ise her hansı bir ferq qoymadan onu mükafatlandırıb: "Hesab edirem ki, meseleye obyektiv yanaşsaq, bu, bir dövlet ehemiyyetli aksiyadır. Ona göre ki, Azerbaycanda düşergeler arasındakı serhedler gözle görünecek seviyyededir. Azerbaycan prezidenti qarşısına gelen siyahıdan ömrünün 26 ilini tenqidi jurnalistikaya hesr elemiş, onun da 22 ilini mehz onların hakimiyyeti dövründe fealiyyet gösteren bir jurnalistin adını siyahıdan çıxartmayıb, eksine, ona fexri ad verir ve teltifini de özü heyata keçirirse, bu, indiki zamanda Azerbaycan dövletçilik enenelerinin tebliği baxımından olduqca ehemiyyetlidir. Eyni zamanda prezident iqtidarın başında dayanmasına baxmayaraq, müxalifetde olan tenqidi mediaya da bu diqqeti ayırır ve ferq qoymadan elini sıxır. Bu ise hesab edirem ki, bizim düşergeye tesir etmelidir".
 
"Tereqqi" medalı ile teltif olunan jurnalistlerden daha biri - İctimai Televiziyanın İnformasiya ve İctimai-Siyasi Proqramlar Departamentinin direktor müavini Anar Yusifoğlu ise 20 illik zehmeti, emeyini qiymetlendiren dövletine ve ölke prezidentine derin minnetdarlığını ve teşekkürlerini bildirib: "Fealiyyetim boyu her zaman çalışmışam ki, jurnalistika prinsiplerine riayet edim. Hesab edirem ki, buna nail olmuşam. Fealiyyetimin ölkenin birinci şexsi - prezident terefinden qiymetlendirilmesi menim üçün de qürur ve böyük mesuliyyetdir. Prezident her zaman metbuata qayğı ve diqqet gösterib. Bütün bunlar dövlet başçısının jurnalistikaya, söze, metbuata verdiyi deyerdir. Deyerlendirilmek ise xoş hisler ve duyğulardır. Men bu duyğunu yaşayıram ve layiq olan hemkarlarıma da bu sevinci yaşamağı arzulayıram".
 
APA TV milli metbuatın 140 illik yubileyi münasibetile teltif olunan hemkarlarımızı tebrik edir.


Oxunub 511 defe