Xəbərlər ::

SOSİAL :: Lent.az-ın emekdaşları “Hesen bey Zerdabi” mükafatı ile teltif edildi

21-07-2015 22:35

İyunun 21-de Azerbaycan Jurnalistler Birliyi Azerbaycan milli metbuatının 140 illiyi münasibetile metbuatda, tele-radioda, elece de elektron mediada peşekar çıxışları ile diqqet çeken bir qrup jurnalisti “Hesen bey Zerdabi” mükafatı ile teltif edib.

 

Payiz.Az-ın melumatına göre, mükafatları Jurnalistler Birliyinin sedri Elçin Şıxlı teqdim edib.

 

Mükafat alanlar arasında Payiz.Az saytının emekdaşları da var. Vüsale Memmedova publisistik yazılarına, Sevda Sultanova ise medeniyyet sahesinde yazılarına göre “Hesen bey Zerdabi” mükafatına layiq görülübler.

 

Bundan başqa, Aynur Kerimli (BDU, jurnalistika fakültesi) jurnalistikanın tedrisindeki uğurlarına ve elmi nailiyyetlerine, Rövşane Asefqızı (ANS TV) “Bazar seheri” proqramına, Menzere Sadıqova (publisist) “YaşaM” felsefi - publisistik kitabına, Rafiq Hacıyev (AJB üzvü) hüquq - edliyye ve kriminalistika sahesinde silsile meqalelerine, Mehsim Mehsimov (Region TV Xaçmaz) bölge televiziyasının inkişafına verdiyi desteye, Semaye Memmedova (Gencler ve İdman Nazirliyi) ictimaiyyet ve metbuatla elaqelerin qurulmasında uğurlarına, Yegane Nebiyeva (“Mingeçevir işıqları” qezeti) region metbuatının inkişafında feallığına göre “Hesen bey Zerdabi” mükafatı alıb.

 

Mükafatçılar sırasında hemçinin, Aida Eyvazlı (Kulturaplus.az), “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova, “Azadlıq” qezetinin köşe yazarı Seadet Cahangir, Ekspress” qezetinin emekdaşı Qalib Memmedli, operativ reportajları maraqla izlenilen “Turan” İnformasiya Agentliyinin emekdaşı Tapdıq Ferhadoğlu ve “Xalq qezeti”nin emekdaşı Eli Necefxanlının da adı var.


Oxunub 365 defe