Xəbərlər ::

SOSİAL :: Azerbaycan metbuatı 140 illiyini qeyd edir

22-07-2015 00:32

APA-nın melumatına göre, ölkede ilk metbu orqanın - esası Hesen bey Zerdabi terefinden qoyulmuş “Ekinçi” qezetinin neşre başladığı 22 iyul Azerbaycanda Milli Metbuat günü kimi qeyd olunur.

 

“Ekinçi”nin 1875-ci il iyulun 22-den 1877-ci ilin sentyabrınadek cemi 56 sayı işıq üzü görse de, onun Azerbaycan milli metbuatının teşekkül tapmasında, inkişafında evezsiz rolu olub. Esasen maarifçilik missiyasını üzerine götürmüş “Ekinçi” az müddetde hem ziyalı tebeqe, hem de sade insanlar arasında çox meşhurlaşdı. Tesadüfi deyil ki, dövrünün görkemli ziyalıları ve qelem sahibleri qezetle emekdaşlıq edir, müntezem meqalelerle çıxış edirdiler. Lakin “Ekinçi”nin ömrü uzun sürmedi. Çar Rusiyası qezetin insanların maariflenmesinde, ictimai-siyasi proseslere daha yaxından beled olmasındakı rolundan çekinmeye başladı ve sonda qezetin neşrini dayandırdı.

 

O vaxtdan öten 140 ilde müxtelif tenezzül ve intibah dövrleri keçen Azerbaycan metbuatı daim cemiyyetin proseslere baxışını eks etdiren güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın leğvi ise Azerbaycanda metbuatın inkişafına ciddi tekan verib.

 

 Hazırda respublikada çoxlu sayda müxtelif qezet ve jurnallar neşr olunur, internet qezetçilik inkişaf edir. Müasir dövrde informasiya texnologiyalarının inkişafı Azerbaycan metbuatını qlobal informasiya şebekesinin bir hissesine çevirib. Bütün dünyada geden qloballaşma prosesi metbuatdan da yan ötmeyib. Bu gün yüzlerle jurnalist beynelxalq teşkilatların desteyi ile teşkil olunan peşe artımı kurslarında treninq ve tekmilleşme kursları keçirler.

 

Azerbaycanda Metbuat Şurasının formalaşması media sahesinde perakendeliyi aradan qaldırmağa müveffeq olub, Jurnalistlerin Peşe Kodeksinin yaradılması ise media qurumları arasında problemlerin helline müsbet tesir gösterib. Azerbaycan Konstitusiyasında söz ve metbuat azadlığının temel prinsip olaraq eksini tapması ölkede medianın azad ve güclü bir cemiyyet institutu kimi formalaşmasına tekan verib. Sözsüz ki, bütün bu proseslerin esas iştirakçıları, elde olunan neticelerin esas sebebkarları Azerbaycan jurnalistleridir. Bununla bele, jurnalistikamızda problemler hele de qalmaqdadır.

 

Qeyd edek ki, Azerbaycan prezidenti İlham Eliyevin serencamı ile jurnalistlerin menzil şeraitinin yaxşılaşdırılması meqsedile bir bina tikilerek metbuat nümayendelderine paylanıb, diger binanın tikintisi ise davam etdirilir. Bu gün peşe bayramını qeyd eden bütün hemkarlarımızı APA Holding kollektivi adından tebrik edir, fealiyyetlerinde uğurlar dileyirik.


Oxunub 432 defe