Xəbərlər ::

DÜNYA :: Azerbaycan vetendaşının daxil olduğu cinayetkar deste zerersizleşdirildi

22-07-2015 01:59

Rusiya Federal Tehlükesizlik Xidmeti (FTX) Ukrayna ve Avropa İttifaqı ölkelerinden Rusiyaya qanunsuz odlu silah daşıyan aralarında Azerbaycan vetendaşının olduğu müteşekkil cinayetkar desteni zerersizleşdirib.

 

APA-nın Moskva müxbirinin verdiyi melumata göre, FTX-nin keçirdiyi emeliyyat tedbiri neticesinde kriminal biznesle meşğul olan destenin teşkilatçıları Smolensk vilayetinde növbeti silah partiyasını qebul ederken yaxalanıblar.

 

Ümumilikde FTX eyni vaxtda Rusiyanın 12 regionundan cinayetkar destenin 14 nefer feal üzvünü yaxalayıb. Saxlanılanlar arasında evveller mehkumluq heyatı yaşamış Azerbaycan vetendaşı da olub. Hemin destenin üzvlerinden 3 neferinin fealiyyetde olan polis emekdaşı olduğu bildirilib.

 

Odlu silahların qanunsuz dövriyyesine qarşı keçirilmiş emeliyyat tedbirleri neticesinde 150 eded Rusiya ve xarici ölke istehsalı olan odlu silah ele keçirilib. Bu silahlar arasında "Kalaşnikov" avtomatı, pulemyot, karabin, tüfeng, müxtelif növ tapançalar-"Qlok", "ÇeZet", "Dezet İql", "Beretta", revolverler, qumbara ve qumbaraatanlar, 2500-den çox müxtelif kalibrli gülleler, 10 kiloqramdan çox partlayıcı madde ve detonatr aşkar edilib.

 

Bundan başqa, güc strukturları terefinden hemin cinayetkar desteye mexsus silahları modernleşdiren ve gülle istehsal eden sexleri aşkarlanaraq mehv edilib.

 

Rusiya FTX ve DİN terefinden faktla bağlı silah qaçaqmalçılığı maddesi ile cinayet işi açılıb, araşdırma aparılır.


Oxunub 309 defe