Xəbərlər ::

DÜNYA :: AKP ofisine silahlı hücum oldu

22-07-2015 04:50

Türkiyenin İstanbul şeherinde hakim Edalet ve İnkişaf Partiyasının (AKP) ofisi silahlı hücuma meruz qalıb.

 

Payiz.Az-ın “anspress.com”-a istinaden melumatına göre, İstanbul şeheri Maltepe rayon teşkilatının ofisina PKK terrorçuları hücum edib. Hücum zamanı AKP-nin ofisine 15 defe ateş açılıb. AKP gencler teşkilatının üzvü olan 5 neferin daha evvel ofisden ayrılması ise baş verecek insan telefatının qarşısını alıb. Faktla bağlı istintaq başladılıb ve araşdırmalar davam edir.

 

Qeyd edek ki, her fürseti terrorçu lider Abdullah Öcalana destek aksiyası keçirmek üçün deyerlendiren PKK terrorçuları iki gün evvel Şanlıurfa vilayetinin Suruc rayonunda 32 neferin ölümü ile neticelenen terror hadisesine göre, AKP ve Türkiye hökumetini teqsirlendirir.


Oxunub 214 defe