Xəbərlər ::

İDMAN :: “Qarabağ” “Rudar” qarşısında

22-07-2015 07:38

Apasport.az saytının melumatına göre, Azerbaycan çempionu “Qarabağ” merheleni keçmek üçün cavab qarşılaşmasında Monteneqro temsilçisi “Rudar”a qonaq olacaq.

 

Bu qarşılaşma temsilçimiz üçün çox böyük ehemiyyet kesb edir. Bele ki, doğma meydanda o qeder de güclü olmayan reqibini meğlub ede bilmeyen ağdamlılar son illerde heç vaxt görmediyi uğursuzluqla üzleşe biler.

 

İlk oyundan mübarizeni dayandırmamaq üçün Qurban Qurbanovun yetirmeleri evde ede bilmediyini seferde etmelidi. Merhele adlamaq üçün ise qelebe ile yanaşı qollu beraberlik de yeterli olacaq.

 

Öten mövsüm UEFA Avropa Liqasının qrup merhelesinde iştirak etmiş çempion bu defe en azından eyni uğuru tekrarlamaq isteyirse “Rudar” seddini mütleq aşmalıdı.

 

Çempionlar Liqası

 

II tesnifat merhelesi

Cavab oyunu

 

22 iyul

 

23:45. "Rudar" (Pljevlya, Monteneqro) - "Qarabağ" (Azerbaycan)

 

İlk oyun – 0:0


Oxunub 303 defe