Xəbərlər ::

HADİSƏ :: Düşmen iriçaplı pulemyotlarla mövqelerimizi ateşe tutub

22-07-2015 10:11

Ermeni silahlı bölmeleri cebhenin müxtelif istiqametlerinde iriçaplı pulemyot ve 60 mm. minaatanlardan da istifade etmekle sutka erzinde ateşkes rejimini ümumilikde 111 defe pozub. Payiz.Az-ın Müdafie Nazirliyinin saytına istinaden melumatına göre, Ermenistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan kendlerinde yerleşen mövqelerden Qazax rayonunun Kemerli, Qaymaqlı kendlerinde, Berd rayonunun Çinari kendinde yerleşen mövqelerden Tovuz rayonunun Koxanebi kendinde, Krasnoselsk rayonu erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerden Gedebey rayonu erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerimiz ateşe tutulub.


Goranboy rayonunun Talış, Gülüstan, Terter rayonunun Çilebürt, Çaylı, Yarımca, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Kengerli, Cevahirli, Sarıcalı, Yusifcanlı, Merzili, Xocavend rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbeyli, Horadiz, Aşağı Seyidehmedli, Cebrayıl rayonunun Mehdili kendleri yaxınlığında, hemçinin Göygöl, Goranboy, Xocavend, Füzuli ve Cebrayıl rayonlarının erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerden de Silahlı Qüvvelerimizin mövqeleri ateşe tutulub.


Düşmen cavab ateşi ile susdurulub.


Oxunub 197 defe