Xəbərlər ::

HADİSƏ :: Bu il korrupsiya ile bağlı 5150 müraciet edilib

22-07-2015 10:37

 

Azerbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarize Baş İdaresi terefinden bu ilin birinci yarısında vetendaşların 5150 müracietine baxılıb, hemçinin 95 cinayet xarakterli material araşdırılıb.

 

APA-nın melumatına göre, bunu  bu gün Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarize Baş İdaresinin reisi Kamran Eliyev 2015-ci ilin I yarımili erzinde korrupsiyaya qarşı mübarize sahesinde görülmüş işlerle bağlı kütlevi informasiya vasiteleri ve qeyri-hökumet teşkilatları nümayendelerinin iştirakı ile keçirilen metbuat konfransında söyleyib.

 

Hemin materialların 65-i (68%) üzre cinayet işi başlanıb, 30 (32%) material üzre cinayet işinin başlanılması redd edilerek zeruri qabaqlayıcı tedbirlerin görülmesi temin edilib. Hesabat dövründe Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarize  Baş İdaresinin 161 saylı “Qaynar xett” elaqe merkezine 3414 müraciet daxil olub, hemin müracietlerin 12-si üzre Cinayet Mecellesinin müxtelif maddeleri ile cinayet işleri başlanıb. Hemçinin, elaqeli dövlet qurumları ile birge görülmüş tedbirler neticesinde diger müracietlerin müsbet hell olunması temin edilmekle vetendaşların pozulmuş hüquqları berpa edilmiş ve aşkarlanmış qanun pozuntularının aradan qaldırılması meqsedi ile müvafiq teşkilatlara teqdimatlar gönderilib.

 

Hesabat dövründe töredilmiş ve ya hazırlanan cinayetler barede Baş İdarenin emeliyyat qurumları öz vezifelerini uğurla icra ederek keçirdikleri emeliyyat tedbirleri neticesinde cinayet başında yaxalanmış şexsler baresinde 10, habele korrupsiya hüquqpozmaları ile elaqedar toplanmış materiallar üzre 5 cinayet işi başlanıb. 2015-ci ilin I yarımili erzinde Baş İdarenin İstintaq idaresi terefinden 158 şexs baresinde 99 cinayet işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyeti mehkemelere gönderilib. Hemin cinayet işlerinden 50 şexs baresinde 33 iş menimseme ve israf etme, 41 şexs baresinde 30 iş deleduzluq, 26 şexs baresinde 13 iş vezife selahiyyetlerinden sui-istifade etme, 8 şexs baresinde 8 iş saxta senedlerden istifade etme, 6 şexs baresinde 3 iş vezifeli şexsin selahiyyetlerini menimseme, 20 şexs baresinde 8 iş rüşvet alma, 6 şexs baresinde 3 iş vezife saxtakarlığı, 1 şexs baresinde 1 iş ise diger faktlarla elaqedar olub. Mehkemelere gönderilmiş cinayet işleri üzre vurulmuş  94 milyon 895 min manat ziyandan istintaq müddetinde 30 milyon 226 min  manat ve ya 31, 8 %-i ödenilib, qalan ziyanın teqsirlendirilen şexslerin emlakları üzerine hebs qoyulmaqla ödenilmesi üçün qanunla nezerde tutulmuş tedbirler görülüb.

 


Oxunub 323 defe