Xəbərlər ::

HADİSƏ :: “Hazırda korrupsiyaya dair 118 cinayet işinin istintaqı aparılır”

22-07-2015 11:06

 

Bu ilin birinci yarısında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarize Baş İdaresi terefinden istintaqı tamamlanaraq, mehkemelere gönderilen cinayet işleri arasında “Sevil” MTK, Qazax Müellimler İnstitutun rektoru İsa Veysov ve rehberlik etdiyi cinayetkar qrup, “Aqroliznq”in rehber şexsleri ile bağlı cinayet işleri de olub.

 

APA-nın melumatına göre, bunu  bu gün Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarize Baş İdaresinin reisi Kamran Eliyev 2015-ci ilin I yarımili erzinde korrupsiyaya qarşı mübarize sahesinde görülmüş işlerle bağlı kütlevi informasiya vasiteleri ve qeyri-hökumet teşkilatları nümayendelerinin iştirakı ile keçirilen metbuat konfransında söyleyib.

 

K. Eliyev deyib ki, keçen ilin müvafiq dövrü ile müqayisede mehkemeye gönderilen mehkeme işleri arasında qrup şeklinde töredilmiş ağır cinayetlerle bağlı işler üstünlük teşkil edir. Keçen il mehkemelere gönderilen 103 cinayet işinden 51-i ağır cinayetlere üzre mehkemelere gönderilibse, bu il mehkemelere gönderilen 99 cinayet işinden 59-u ağır cinayetler üzre mehkemelere gönderilib.

 

K. Eliyev qeyd edib ki, indiye qeder Baş İdarede 270 cinayet işi üzre istintaq heyata keçirilib: “Bunların bir qismi üzre istintaq başa çatıb, hazırda ise Baş İdarede 118 cinayet işi üzre ibtidai istintaq aparılmaqdadır”. 

 


Oxunub 303 defe