Xəbərlər ::

SİYASƏT :: Rauf Arifoğlu cebhesinden İsa Qembere: “Elinizden bir iş gelmir, qorxmayın, hebse girin”

22-07-2015 11:12

 

Müsavat Partiyasının sabiq başqanı İsa Qember “Yeni Müsavat” qezetinin baş redaktoru Rauf Arifoğlunun partiyadan istefasına ve “Emekdar jurnalist” fexri adı almasına münasibet bildirib.

 

Payiz.Az-ın melumatına göre, İ.Qember özünün “Facebook” sehifesinde yazdığı qeydinde bildirib ki, proses kifayet qeder şeffaf gedib ve Rauf Arifoğlu öz mövqeyini, qerarlarını defelerle aydın şekilde ifade edib, partiyadan çıxmasına etraflı izah verib. Sabiq başqan baş redaktorun fexri ad almasını ise onun prezident İlham Eliyevle barışması kimi qiymetlendirib.

 

“Yeni Müsavat” cebhesinden İsa Qembere cavab ise özünü çox gözletmeyib. Qezetin baş redaktorunun birinci müavini Azer Ayxan yene “Facebook”dan sabiq başqanı ağır sözlerle ittiham edib: “Bu güne kimi bir öz barışdıqlarınıza baxın, bir bizim barışdığımıza. Resul Quliyevden, Lale Şövkete, Eli İnsanovdan, Gültekin Hacıbeyliye, Rehim Qazıyevden Etibar Memmedova, Rüstem İbrahimbeyovdan Eli Ömerova kimi onlarca Eliyevçilere qucaq açmısınız. Bu adamları Heyder ve İlham Eliyevler dövlete sözün birbaşa ve dolayı menasında qurşun sıxdıqlarına göre, siyasi dönüklük etdikleri üçün vezifeden, temsil olunduqları postlardan qovub. Onlar hemin adamları qovduqca, siz bunların reabilitasiyasını icra edib yeniden siyasi heyata döndermisiz. Siz bu korrupsionerlerle barışanda biz bunu milli xilas kimi teqdim edib sizi tarixi qınaqdan qorumağa çalışmışıq. Siz ise bizim dövletin 1-ci şexsiyle normal, şeffaf münasibetimize kölge salmaq isteyirsiz”.

 

Azer Ayxan ad çekmeden yazıb ki, İsa Qembere “Yeni Müsavat”çıların onun evezine hakimiyyetle vuruşub, hebsxanaya düşmesi serf edir: "O ise beyanat versin ki, hakimiyyet daha bir jurnalisti hebs etdi. Arada siz de girin de hebsxanaya, qorxmayın, o qeder de qorxulu yer deyil. Hem de zaten elinizden bir iş gelmir, heç olmaya mehbes xatireniz olsun. Gelecekde nevelerinize danışmağa nese tapasınız”.

 


Oxunub 240 defe