Xəbərlər ::

SOSİAL :: Bu il emek qanunvericiliyi 8076 defe pozulub

22-07-2015 11:15

 

Emek ve Ehalinin Sosial Müdafiesi Nazirliyi yanında Dövlet Emek Müfettişliyi Xidmeti (DEMX) terefinden cari ilin birinci yarım ilinde heyata keçirilen dövlet nezareti zamanı ayrı-ayrı idare, müessise ve teşkilatlarda ümumilikde 8076 halda emek qanunvericiliyinin pozulması faktı aşkar olunub. Nazirliyin İctimaiyyetle elaqeler şöbesinden Payiz.Az-a verilen melumata göre, hüquq pozuntularının daha çox ticaret ve ictimai iaşe, topdansatış, tikinti sektorlarında ve esasen özel sektora aid müessiselerde baş verdiyi müeyyen edilib. Yol verilmiş hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliye uyğun formada zeruri tedbirler görülüb. Emek qanunvericiliyinin pozulması hallarına göre aidiyyeti işegötürenlere qarşı İnzibati Xetalar Mecellesine esasen, müvafiq mebleğlerde cerimeler tetbiq olunub. Hemin cerimelerin 53,8 faizinin (1047777 manat) dövlet büdcesine ödenilmesi temin edilib ki, bu da öten ilin birinci yarım ili ile müqayisede 119421 manat ve ya 12,8 faiz çoxdur.

 

DEMX terefinden işegötürenlerde işçi hüquqlarının teminatı, o cümleden emeyin mühafizesi ve tehlükesizliyi ile bağlı işegötürenlerde mesuliyyetin artırılması üçün tesirli tedbirler, habele müvafiq mövzuda tebliğat-maariflendirme işleri cari ilin 6 ayında da davam etdirilib. Bu tedbirlerin növbeti müsbet neticesi kimi, hesabat dövründe emek qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü ilin yanvar-iyun ayları ile müqayisede 12,8 faiz azalıb.


Oxunub 296 defe