Xəbərlər ::

SOSİAL :: MŞ üzvleri Heyder Eliyevin ve Hesen bey Zerdabinin mezarlarını ziyaret edibler

22-07-2015 11:37

 

Metbuat Şurasının İdare Heyetinin üzvleri ve media nümayendeleri Azerbaycan milli metbuatının 140 illiyi münasibetile Fexri Xiyabanda Heyder Eliyevin mezarını ziyaret edibler. APA-nın xeberine göre, media nümayendeleri mezarın önüne eklil qoyublar.

 

Daha sonra milli metbuatın banisi Hesen bey Zerdabinin mezarı ziyaret olunub. Metbuat Şurasının sedri Eflatun Amaşov Zerdabinin esasını qoyduğu “Ekinçi” qezetinin fealiyyetinden danışıb: “Hesen bey Zerdabi Azerbaycan xalqının inkişafına mane olan faktorları – mövhumatı, savadsızlığı bizim üçün belli etdi. Bizim xalqımızın inkişaf yolu maarifden keçir. Bu gün Azerbaycan metbuatı vetenperver metbuatdır”.

 

Şura sedri “Ekinçi” qezetinde ermeni meselesine de geniş yer verildiyini söyleyib: “Bu gün bizim qarşımızda duran esas vezife Azerbaycanın beynelxalq alemde imicinin daha da möhkemlenmesi, Dağlıq Qarabağ, o cümleden Azerbaycan heqiqetlerinin dünya ictimaiyyetine çatdırılmasıdır. Hesen bey Zerdabiye, habele Azerbaycan xalqının inkişafında rol oynayan ayrı-ayrı söz sahiblerine Allah rehmet elesin!”

 

Bakı Dövlet Universitetinin jurnalistika fakültesinin dekanı Şamil Veliyev “Ekinçi” qezetinin milli metbuat tariximizdeki rolu haqda çıxış edib. O, Zerdabinin ideyalarının bu gün de yaşadığını vurğulayıb.  

 


Oxunub 286 defe