Xəbərlər ::

SOSİAL :: Rezidenturaya qebul olanların qeydiyyatı başlayıb

22-07-2015 12:11

 

Bu günden rezidenturaya qebul olan namizedlerin qeydiyyat prosesi başlayıb. Telebe Qebulu üzre Dövlet Komissiyasının (TQDK) metbuat xidmetinden lent.az-a verilen melumata göre, qeydiyyat prosesi iyulun 28-dek davam edecek.

 

Azerbaycan Tibb Universitetinin Herbi Tibb fakültesine qebul olmuş şexsler teleb olunan  Müdafie Nazirliyine, Naxçıvan Dövlet Universitetine qebul olmuş şexsler Naxçıvan Dövlet Universitetine, Azerbaycan Tibb Universitetinin mülki ixtisaslarına ve diger tibb müessiselerine qebul olan şexsler Sehiyye Nazirliyine teqdim etmekle qeydiyyatdan keçmelidirler. Namizedin bu müddetde qeydiyyatdan keçme­meyi onun yerleşdirildiyi ixtisas üzre tehsil almaqdan imtinası kimi qiymetlendirilecek ve o, qebul olanlar siyahısından çıxarılacaq.

 

 

Qeyd edek ki, iki merhele üzre keçirilen qebul imtahanlarının neticelerine esasen,  müsabiqede iştirak eden 597 namizedden 521 neferi tehsilini rezidenturada davam etdirmek hüququ qazanıb. Onlardan 116 neferini oğlanlar, 405 neferini qızlar teşkil edir. 294 namized cari ilin, 227 namized ise evvelki illerin mezunudur. 


Oxunub 226 defe