Xəbərlər ::

İQTİSADİYYAT :: Bu ay sosial müavinet ve teqaüdler “Kapital Bank”dan alınacaq

22-07-2015 12:30

 

 

"Plastik kartların deyişdirilmesi ve ya qalıq vesaitlerin Azerbaycan Beynelxalq Bankından alınması prosesinde çetinlikle üzleşenler Emek ve Ehalinin Sosial Müdafiesi Nazirliyine müraciet ede bilerler"

 

Emek ve Ehalinin Sosial Müdafiesi Nazirliyinin (EESMN) rayon (şeher) ehalinin sosial müdafiesi merkezleri (ESMM) terefinden teyin olunan sosial müavinet ve teqaüdlerin bankomatlar vasitesile ödenilmesi xidmeti bu vaxta qeder "Kapital Bank" ve Azerbaycan Beynelxalq Bankı terefinden heyata keçirilib. EESMN-nin son aylarda keçirdiyi müvafiq tenderin neticelerine uyğun olaraq, bu ilin iyul ayının evvelinden etibaren respublikada bütün sosial müavinet ve teqaüdlerin bankomatlar vasitesile ödenilmesi xidmeti tenderde qalib gelen "Kapital Bank"a hevale olunub.

 

Nazirliyin İctimaiyyetle elaqeler şöbesinin müdiri Elman Babayev "APA-Economics"in sorğusuna cavab olaraq bildirib ki, indiyedek sosial müavinet ve teqaüdlerini Azerbaycan Beynelxalq Bankının bankomatlarından alan vetendaşlar bundan sonra hemin vesaitleri "Kapital Bank"a mexsus bankomatlardan qebul edecekler. Bununla elaqedar olaraq, rayon (şeher) ESMM-leri terefinden "Kapital Bank"ın rayon (şeher) filiallarına qeyd olunan vetendaşlar üçün plastik ödeniş kartlarının hazırlanması ve onlara teqdim olunması barede sifarişler verilib.

 

“Bu ilin iyul ayı üzre sosial müavinet ve teqaüdlerin ödenilmesi başlanan vaxta qeder, yeni iyulun 20-dek artıq plastik ödeniş kartları tam hazır olub. Hazırda müvafiq şexsler şexsiyyet vesiqelerini "Kapital Bank"ın aidiyyeti rayon (şeher) filiallarına teqdim ederek plastik ödeniş kartlarını elde edirler. Burada her-hansı problem mövcud deyil”, - deye E. Babayev bildirib.

 

E. Babayev vurğulayıb ki, sosial müavinet ve teqaüdlerini bu vaxta qeder Azerbaycan Beynelxalq Bankının bankomatlarından alan ve hazırda bu banka mexsus plastik ödeniş kartlarında hele götürmedikleri müeyyen mebleğ qalan vetendaşlar yaşadıqları rayon ve ya şeher üzre bankın filiallarına müraciet etmekle qalan vesaitlerini nağd formada ala bilerler. Vetendaşlar plastik kartlarının deyişdirilmesi ve ya onlara mexsus qalıq vesaitlerinin Azerbaycan Beynelxalq Bankından alınması prosesinde her-hansı çetinlikle üzleşdikleri teqdirde qeydiyyatda olduqları rayon ve ya şeherin ESMM-lerine müraciet ede bilerler.


Oxunub 481 defe