Xəbərlər ::

SİYASƏT :: İlham Eliyev: “Ümid edirik ki, işğalçıya daha çox tezyiq gösterilecek”

22-07-2015 12:58

 

"Azerbaycan ve Avropa İttifaqı arasındakı münasibetler baxımından cenab Tuskun seferi çox vacibdir".

 

APA-nın melumatına göre, bu sözleri Azerbaycan prezidenti İlham Әliyev Bakıda seferde olan Avropa İttifaqı Şurası prezidenti Donald Tuskla görüşden sonra keçirdiyi metbuat konfransında deyib.

 

Dövlet başçısı bildirib ki, Aİ ile münasibetler inkişaf edir: “Uzun iller aramızda mehsuldar münasibetler formalaşıb. Biz ikiterefli fikir mübadilesi apardıq. Müsbet irelileyişler var. Görüşde regional meseleleri, o cümleden Ermenistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişesini müzakire etdik, hell yolları barede düşündük. Men ona danışıqlar prosesi barede danışdım, münaqişenin tarixi barede melumat verdim. Bu münaqişe iki on ildir davam  edir. Azerbaycanın beynelxalq seviyyede tanınmış erazisi işğal altındadır. BMT Tehlükesizlik Şurasının Ermenistan qoşunlarının Azerbaycandan qeyd-şertsiz çıxarılması ile bağlı 4 qetnamesi qebul edilib. Ermenistan bu qetnameleri yerine yetirmir. Bizim bir milyondan çox qaçqın ve mecburi köçkünümüz var. Xalqımız etnik temizlemeye meruz qalıb. Biz münaqişenin beynelxalq norma ve prinsipler çerçivesinde hell olunmasını isteyirik. Ümid edirik ki, gelecekde işğalçıya daha çox tezyiq gösterilecek ki, Azerbaycan torpaqlarını geri qaytarsın ve danışıqlar prosesini yekunlaşdırsın. Gәlәcәkdә artıq münasibәtlәrin normallaşmasından danışa bilәrik. Azerbaycanın әrazi bütövlüyü digәr ölkәlәrin әrazi bütövlüyü kimi dәyәrli mәfhumdur”.

 


Oxunub 359 defe