Xəbərlər ::

SOSİAL :: Seyyar ASAN xidmet Şeki, Salyan ve Yardımlı rayonlarında

22-07-2015 13:16

 

 

22 iyul - 5 avqust tarixlerinde Seyyar ASAN xidmet Şeki şeherinde Şeki ve Oğuz, Salyan şeherinde Salyan ve Şirvan, Yardımlı rayonunda ise Yardımlı ve Masallı sakinlerine seyyar formada xidmet gösterecek.

Seyyar şekilde gösterilen xidmetler Azerbaycan Respublikasının Edliyye Nazirliyi, Daxili İşler Nazirliyi, Dövlet Sosial Müdafie Fondu ve Emlak Meseleleri Dövlet Komitesi  terefinden teqdim olunur.

Bu xidmetlere aşağıdakılar daxildir:

·         Notariat fealiyyeti;

·         Vetendaşlıq veziyyeti aktlarının dövlet qeydiyyatı;

·         Şexsiyyet vesiqelerinin verilmesi ve deyişdirilmesi;

·         Ümumvetendaş pasportlarının verilmesi ve deyişdirilmesi;

·         Sürücülük vesiqelerinin deyişdirilmesi;

·         Emek pensiyalarının teyin edilmesi;

·         Menziller üzerinde mülkiyyet hüquqlarının ilkin ve tekrar dövlet qeydiyyatına alınması barede çıxarışların, texniki pasportların verilmesi;

·         Daşınmaz emlakın tesvirine, dövlet qeydiyyatına alınmış hüquqlara ve onların mehdudlaşdırılmasına (yüklülüyüne) dair dövlet reyestrinden arayışların verilmesi;

·         Ferdi yaşayış evleri üzerinde mülkiyyet hüquqlarının tekrar dövlet qeydiyyatına alınması barede çıxarışların, texniki pasportların verilmesi.

Seyyar ASAN xidmetin heyata keçirilmesinin esas meqsedleri dövlet xidmetlerinin vetendaşlara daha rahat, yeni ve innovativ üsullarla teqdim edilmesi, vetendaşlar üçün elçatanlığın temin edimesi ve vetendaş memnunluğuna nail olunmasıdır.

 


Oxunub 398 defe