Новости ::

HADİSƏ :: İcra başçısının müavininin evini soydular

20-07-2015 11:37

Zaqatala şeherinde vezifeli şexslerin evi qaret edilib.


 

Zaqatala rayon Polis Şöbesinden APA-ya verilen melumata göre, Zaqatala şeherinde, Hezi Aslanov küçesi ev 49 ünvanında yaşayan Hemze İmran oğlu Süleymanov iyulun 12-den 13-ne keçen gece yaşadığı evin qaret edilmesi ve menzilinden xeyli miqdarda qızıl-zinet eşyalarının oğurlanması barede polise yazılı müraciet edib.

 

Zaqatala RPŞ emekdaşlarının keçirdikleri emeliyyat-axtarış tedbirleri neticesinde Hemze Süleymanova mexsus evden oğurluq eden şexslerin Zaqatala şeher sakinleri - 1990-cı il tevellüdlü Nezir Mehemmed oğlu Qarayev ve 1989-cu il tevellüdlü Nurlan Refayıl oğlu Musayev olduğu müeyyen edilib. Keçirilmiş tedbirler neticesinde Nezir Qarayev ve Nurlan Musayev tutularaq istintaqa tehvil verilib.

 

Aparılmış ilkin istintaq zamanı melum olub ki, teqsirlenen şexsler H. Süleymanovun menzilinden 6000 manat mebleğinde müxtelif növ qızıl-zinet eşyaları, 41 manat ve 30 ABŞ dolları neğd pul oğurlayıblar.

 

Faktla bağlı Zaqatala RPŞ-de Cinayet Mecellesinin müvafiq maddeleri ile cinayet işi başlayıb, istintaq aparılır.
 

Qeyd edek ki, evi qaret olunan H. Süleymanov Dövlet Sosial Müdafie Fondunun Zaqatala rayon şöbesinin müdiri vezifesinde çalışır. H. Süleymanovun heyat yoldaşı Vefa Süleymanova ise Zaqatala rayon İcra Hakimiyyeti başçısının Tehsil, sehiyye ve medeniyyet meseleleri üzre müavinidir. 

 

 


Просмотров 385 раз