Xəbərlər ::

SİYASƏT :: “Dağlıq Qarabağ münaqişesinde hazırkı status-kvo qebuledilmezdir”

22-07-2015 13:50

 

“Münaqişenin sülh yolu ile hellinin alternativi yoxdur”

 

“Menim üçün ve Avropa İttifaqı üçün Dağlıq Qarabağ münaqişesinde hazırkı status-kvo qebuledilmezdir”.

 

APA-nın melumatına göre, bu sözleri Aİ Şurasının sedri Donald Tusk Azerbaycan prezidenti ile keçirdiyi metbuat konfransında jurnalistin Dağlıq Qarabağ münaqişesi ile bağlı sualını cavablandırarken deyib. O, iki gün önce Ermenistanda bunu aydın şekilde beyan etdiyini bildirib: “Bize sülh yolu ile hell lazımdır. Bunun alternativi yoxdur. Dinc yolla meselenin hellinin alternativi yoxdur. Fikrimce, biz neinki herbi emeliyyatlardan, hemçinin, radikal tondan, düşmençilik ve edavete esaslanan beyanatlardan da uzaq olmalıyıq. Çünki bunlar Dağlı Qarabağ meselesinin helline xidmet eden meqamlar deyil. Biz bu ritorikadan uzaq olmalıyıq, çünki münaqişeler bize qetiyyen lazım deyil. Ukraynada baş veren hadiseler bu cür siyasetin, ideologiyanın, münasibetin en açıq nümunesidir. Avropa İttifaqı ATET-in Minsk Qrupunu destekleyir. ATET-in gösterdiyi seyler münaqişenin helli ile bağlı müeyyen edilmiş beynelxalq formatı teşkil edir. Biz ümidvarıq ki ATET-in Minsk Qrupunun hemsedri olan ölkelerinin gösterdiyi seyler sülhün berpası üçün esas olacaq. Biz, prezidentler, bunu müzakire etdik. Siz bununla bağlı bezi meqamlarda meyus da ola bilersiniz. Lakin hesab edirem ki, bize daha çox temkin lazımdır. Biz emin olmalıyıq ki, meselenin helli üçün elimizden geleni edirik”.

 


Oxunub 347 defe