Xəbərlər ::

HADİSƏ :: Turizm şirketinin direktoru deleduzluqda günahlandırılır

22-07-2015 13:54

 

Bakıda “İnter Travel” turizm şirketinin direktorunun bir qrup vetendaşa qarşı deleduzluq etmesi ile bağlı polise erize daxil olub.

 

Nesimi Rayon Polis İdaresinin 22-ci Polis Bölmesinden APA-ya verilen melumata göre, “İnter Travel” şirketinin direktoru, Ağdam rayon sakini, 1981-ci il tevellüdlü Elnur İsmayıl oğlu Eliyevin etibardan sui-istifade etmesi ile bağlı onlara erize verilib.

 

Erizede iddia olunur ki, cari ilin fevral-iyul aylarında İ. Eliyev etibardan sui-istifade ederek İran İslam Respublikasının vetendaşı Taleh Kerim oğlu Mahmmouididen 4500 manat alaraq qaytarmayıb. Bundan başqa, Bakı şeher sakini, 1973-cü il tevellüdlü Semed Hacı oğlu Ezizovdan 2800 manat, 1982-ci il tevellüdlü İsa Enver oğlu Eliyevden 3600 manat, İrade Valeh qızı Quliyevadan 3268 manat, 1983-cü il tevellüdlü Rauf Vidadi oğlu Xelilovdan 1470 manat, 1991-ci il tevellüdlü Günel Ebdülhüseyn qızı Gülhüseynovadan 1700 manat, 1971-ci il tevellüdlü Xaliq Ramazan oğlu Bağırovdan 4500 manat, 1990-cı il tevellüdlü Elman Beyler oğlu Xanlarovdan 4200 manat, 1980-ci il tevellüdlü Ağa Eli oğlu Abbasovdan 5200 manat, Xırdalan şeher sakini, Ferhad Kerimovdan 1500 manat alaraq qaytarmayıb.

 

Faktla bağlı Nesimi Rayon Polis İdaresinde araşdırma aparılır.

 

 


Oxunub 226 defe