Xəbərlər ::

SİYASƏT :: Azerbaycan prezidenti: “Ermenistan prezidenti demokratiyadan danışa bilmez”

22-07-2015 14:11

 

 

“Ermenistan rehberliyinin uzaqgörenliyi varsa, nehayet, anlayacaq ki, qonşuları ile münasibetleri normallaşdırmasa, Ermenistanın geleceyi sual altında olacaq”

 

“Avropa İttifaqı Şurasının sedri ile metbuat konfransında Ermenistan prezidenti Azerbaycanın demokratiyadan uzaq olduğunu dedi. O, demokratiya haqqında danışa bilmez, çünki 2008-ci ilde evvelki prezident terefinden sadece, teyin edilmişdi, baxmayaraq ki, guya seçkiler keçirmişdiler”.

 

APA-nın melumatına göre, bu sözleri Azerbaycan prezidenti İlham Eliyev Aİ Şurasının sedri Donald Tuskla keçirdiyi metbuat konfransında deyib.

 

Dövlet başçısı xatırladıb ki, Ermenistanda 2008-ci ilde keçirilen “seçkiler”de insanlar qetle yetirilmişdi: “Bele olan halda, bu insan bu haqda ümumiyyetle, heç danışmamalıdır. Azerbaycanla Ermenistanı eyni tereziye qoymaq meselesine geldikde, mene ele gelir ki, bu ittihamın Azerbaycan terefinden gelmesi daha tebii görünerdi. Çünki beynelxalq ictimaiyyet aydın şekilde işğalçı ile işğala meruz qalan arasında ferq qoymalıdır. Hal-hazırda biz danışıqlar formatı üzerinde müzakire aparırıq ki, münaqişenin dinc yolla helline nail olaq. Lakin münaqişenin mehz sebebleri yaddan çıxarılmalı deyil. Ermeni separatçıları Dağlıq Qarabağda Ermenistan terefinin desteyi ile Azerbaycana qarşı tecavüze keçdiler ve münaqişenin ilk qurbanları azerbaycanlılar oldu. İşğal etnik temizleme siyaseti ile, Xocalıdakı soyqırımla neticelendi. Azerbaycan erazisinin 20 faizi işğal altında düşdü ve biz bu işğalın neticeleri ile üzleşdik. Ve çox aydın şekilde görünür ki, Azerbaycan erazisinin böyük bir hissesi Ermenistanın işğalı altındadır. Oradan azerbaycanlılar qovulub. Onlar bizim tarixi, dini abidlerimizi yerle yeksan edibler. Yeri gelmişken, bunlar ATET-in iki faktaraşdırıcı missiyasının hesabatında öz eksini tapıb. İndi ise onlar Azerbaycanı ittiham edirler ki Azerbaycan blokada tetbiq edir. Azerbaycanı ksenofobiyada ittiham edirler. Azerbaycan Ermenistandan ferqli olaraq çoxmilletli, çoxkonfessiyalı ölkedir. İndiki dünyada nece ola biler ki, bir ölkenin ehalisinin 99 faizi bir millete aid olsun? Lakin Azerbaycan qürur hissi ile qeyd edir ki, çoxmilletli ölkedir. Azerbaycan bundan ferehlenir. Azerbaycanda bütün dinlerin, konfessiyaların nümayendeleri yaşayır. Onlar Azerbaycan vetendaşlarıdır”.

 

Prezident bir daha qeyd edib ki, tecavüze meruz qalanla tecavüzkar arasında ferq qoyulmalıdır: “Tecavüzkar edalet mehkemesi qarşısında cavab vermelidir. BMT Tehlükesizlik Şurasının münaqişe ile bağlı 4 qetnamesi qebul olunub. Bu qetnamelerde Ermenistan silahlı  qüvvelerinin Azerbaycan torpaqlarından derhal ve qeyd-şertsiz çıxarılması telebi qeyd olunur. İşğala, tecavüze heç bir esaslandırılma verile bilmez. Ne qeder tez Ermenistan bu reallığı anlasa, o qeder onların özleri üçün yaxşı olar. Çünki torpaqları işğal altında saxlamaqla Ermenistan özünü regional emekdaşlıqdan, Azerbaycandan, qonşularından tecrid edir. Bunun neticesinde Ermenistanda herterefli yoxsulluq baş verir. Ermenistan ehalisinin 50 faizinden çoxu yoxsulluq seviyyesinden de aşağı seviyyede yaşayır. Bu tecavüzün, işğalın neticesidir. Ermenistan rehberliyinin uzaqgörenliyi varsa, nehayet, anlayacaq ki, qonşuları ile münasibetler normallaşdırılmasa, Ermenistanın geleceyi sual altında olacaq”.


Oxunub 306 defe