Xəbərlər ::

SOSİAL :: Multikulturalizm Merkezinin yay mektebi davam edir

22-07-2015 14:54

Bakı Beynelxalq Multikulturalizm Merkezi, Azerbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ve Bakı Slavyan Universitetinin birge teşkilatçılığı ile “Multikulturalizm Azerbaycanda heyat terzi kimi: öyren, araşdır, paylaş” adlı beynelxalq yay mektebi layihesine start verilib. Bakı Beynelxalq Multikulturalizm Merkezinden Payiz.Az-a verilen melumata göre, iyulun 21-den fealiyyete başlayan yay mektebi avqustun 1-dek davam edecek. Azerbaycan Respublikasının Milletlerarası, multikulturalizm ve dini meseleler üzre Dövlet müşaviri xidmetinin ideyası ve teşebbüsü ile keçirilen yay mektebine 8 xarici ve 7 yerli universitetlerin telebeleri ile yanaşı, azerbaycanlı ve avropalı tanınmış elm adamları da qatılacaq.

 

Belarus Dövlet ve Linqvistik universitetleri, Çexiyanın Praqa Karlov ve Masarik universitetleri, Litvanın Pedaqojive Vytautas Maqnus universitetleri, Tiflis Dövlet Universiteti, Rusiyanın Ural Federal Universiteti ve Rus Dili Dövlet İnstitutu, İtaliyanın La Sapienza ve Neapol universitetleri, Bolqarıstanın Müqeddes Kliment Oxridski adına Sofiya Universiteti, Türkiyenin Ardahan ve Sakarya universitetleri, Azerbaycan Diplomatiya Akademiyası, Bakı Slavyan Universiteti, Azerbaycan Dövlet İqtisad Universiteti, Azerbaycan Texniki Universiteti, Lenkeran Dövlet Universiteti, Naxçıvan Dövlet Universiteti, Gence Dövlet Universiteti, Bakı Ali Neft Mektebinin bütövlükde 70 telebesinin qatılacağı yay mektebinde yerli ve xarici alimlerin mühazireleri de dinlenilecek.

 

Onu da elave edek ki, bu gün Bakı Slavyan Universitetinde qonaq olan yay mektebinin üzvleri BSU-nun Azerbaycan Multikulturalizmi kafedrasının emekdaşları ile görüşübler. Kafedranın rehberi, dosent Ayten Qehreman qonaqları salamlayaraq onlara universitetde fealiyyet gösteren Azerbaycan Multikulturalizmi kafedrası ve burada tedris edilen Azerbaycan Multikulturalizmi fenni barede etraflı melumat verib.

Görüşde BSU-nun Tedris şöbesinin müdiri Memmedtağı Rzayev, Azerbaycan Multikulturalizmi kafedrasının dosentleri Rauf Hacı, Ziya Semedli, müellim Maya Ceferquliyeva Azerbaycanda ve dünyanın bir sıra tanınmış ali tehsil ocaqlarında tedris edilen Azerbaycan Multikulturalizmi fenni ve multikulturalizmin inkişafı istiqametinde görülen işlerden danışıblar.

 

Bakı Slavyan Universiteti ile tanışlıq çerçivesinde yay mektebinin üzvleri universitetin Azerbaycan Multikulturalizmi kafedrası, Muzeyi, burada mövcud olan Çex, Polyak, Bolqar, Yunan. Rusiya, Ukrayna, Türkiye, Belarus dil ve medeniyyet merkezleri ile yaxından tanış olublar. Onlara merkezlerin çoxşaxeli fealiyyeti, mövcud maddi-texniki baza, zengin kitabaxana barede geniş melumat verilib.


Oxunub 484 defe