Xəbərlər ::

HADİSƏ :: Dövlet qurumlarında 10 milyon manatlıq yeyinti aşkarlandı

22-07-2015 15:32

 

Hesablama Palatasının 2015-ci ilin 6 ayı erzinde kenar dövlet maliyye nezaretinin temin olunması üzre heyata keçirdiyi nezaret tedbirlerinin neticeleri ile bağlı melumat yayıb.

 

APA-nın melumatına göre, bu ilin 6 ayı erzinde 107 Kollegiya qerarı qebul edilib ki, onlardan 60-ı cari ilin İş planı esasında heyata keçirilen nezaret tedbirlerinin proqramları, 43-ü ise neticeleri ile bağlı olub.

 

Neticeleri ile bağlı qebul edilmiş kollegiya qerarları esasında 50 quruma teqdimat gönderilib. Hemin teqdimatların 34%-ni yerli icra hakimiyyeti orqanlarına aid olub. Öten iller üzre qebul olunmuş qerarların icrasının davamı olaraq ve 2015-ci ilin hesabat dövründe görülmüş tedbirlerin neticesi kimi ümumilikde 1 milyon 564,3 min manat dövlet vesaitinin berpası temin edilib ki, bu da öten il üzre müvafiq göstericiden 5,2% çoxdur. 

 

Qanunvericilikle müeyyen edilmiş qaydada berpa edilmiş pul vesaitlerinin nöqsanlar üzre terkibi esasen artıq emek haqqı xerclerinin ödenişi, temir-tikinti işlerinin deyerinin artırılması ve maddi deyerlililerin çatışmazlığı ile bağlı olub.

 

Emek haqqı xerclerinin ödenişi ile bağlı nöqsanlar emek haqlarının hesablanması ve ödenilmesi zamanı artıq ödemelerin, vakant ştatlar hesabına qanunvericilikde nezerde tutulmayan ödenişlerin, nezerde tutulmadığı halda artıq elavelerin, maddi yardım ve mükafatların verilmesi ile bağlı olub. Temir-tikinti xerclerine ayrılan vesaitlerin istifadesi zamanı görülmüş işlerin faktiki başa çatmamış tesdiq edilmesi, layihe-smeta senedlerinde nezerde tutulan inventar ve avadanlıqların tam tehvil verilmemesi, tikinti obyektlerinin tehvil verilmesi müddetine emel olunmaması kimi xarakterik nöqsanlara yol verilib. Hesabat dövründe tehvil verilmemiş 1 mln. 309,1 min manat mebleğinde çatışmayan ve ya müqavile öhdeliklerinin yerine yetirilmesi temin olunmayan inventar ve avadanlıqların tehvil verilmesi, 352,5 min manat mebleğinde iş ve xidmetlerin görülmesi temin edilib. Maliyye intizamının güclendirilmesi, yol verilmiş nöqsanların aradan qaldırılması ve nöqsanlara yol vermiş vezifeli şexslerle bağlı gönderilmiş teqdimatların icrası olaraq 101 vezifeli şexsle bağlı müxtelif intizam-tenbeh tedbirleri tetbiq edilib.

 

Heyata keçirilmiş nezaret tedbirleri neticesinde müeyyen edilmiş xarakterik nöqsanlar arasında dövlet satınalmalarını tenzimleyen normativ-hüquqi aktların ve vesaitlerin istifadesi zamanı funksional ve iqtisadi tesnifatı teleblerinin pozulması halları xüsusile seçilir. 2015-ci ilin 6 ayı erzinde nezaret tedbirlerinin ehatesine daxil olmuş satınalmaların ümumi mebleği 885 mln. manat teşkil edib. Ümumi mebleğden 9,8 mln. manat satınalma prosedurları tetbiq edilmeden, 3,3 mln. manat ise tesdiq edilmiş mebleğ mehdudiyyetini aradan qaldırmaq meqsedile ayrı-ayrı müqavilelere bölünmekle heyata keçirilib. Bu nöqsanlarla yanaşı satınalmalar zamanı müvafiq sahede peşekarlığı olmayan, texniki ve maliyye imkanları araşdırılmadan  iddiaçıların satınalma proseslerine celb olunması, işçi qüvvesi, idareetme seriştesi ve müvafiq sahede tecrübesi olmayan müessiselerin qalib elan olunaraq satınalma müqavilelerinin bağlanması, yalnız bir müessisenin satınalma predmetinden asılı olmayaraq bütün satınalmalarda qalib elan olunması halları mövcud olmuş, evvelki audit tedbirlerinin neticelerine dair hesabatlarda da qeyd edildiyi kimi, reqabetsiz satınalma metodlarından istifade hallarının üstünlük teşkil etmesi, birmenbeden satınalma metodundan istifade edilerek aparılan satınalmalarda qenaetin olmaması, satınalmanın vacib şerti kimi görülecek iş ve xidmetlerin ehtimal olunan deyerinin düzgün hesablanmaması, keçirilmiş satınalmalar haqqında müvafiq icra hakimiyyetine vaxtında melumat verilmemesi kimi nöqsanlar da aşkarlanıb.

 

Hemçinin nezaret tedbirleri neticesinde bezi müessiseler üzre debitor borcların hecminin bu müessisenin hemin maddeler üzre tesdiq olunmuş teyinat hecminde olması, bezi müessiseler üzre debitor borcların müqavile şertlerine uyğun aparılmaması halları müeyyen olunub, bezi hallarda hetta zemanet müddeti bitmiş  debitor borcların mövcud olması aşkarlanıb ki, bu ise ümidsiz debitorların yaranmasına sebeb olub. Eyni zamanda, bir sıra hallarda telebatdan artıq malların ve inventarların alınması, avadanlıqların istismara verilmeyerek istifadesiz qalması, iş ve xidmetlerin deyerinin ve hecminin artıq müeyyen edilmesi neticesinde semeresiz xerclere yol verildiyi de nezaret tedbirlerinde rast gelinib.

 


Oxunub 294 defe