Xəbərlər ::

HADİSƏ :: Mirze Elekber Sabirin qohumuna 10 il hebs cezası verildi

22-07-2015 15:33

Bu gün Bakı Ağır Cinayetler Mehkemesinde narkotik maddelerin qanunsuz dövriyyesinde teqsirlenen Samir Tahirzadenin cinayet işi üzre mehkeme prosesi yekunlaşıb. Payiz.Az-ın melumatına göre, hakim Azad Mecidovun sedrliyi ile keçirilen prosesde hökm oxunub. Hakimler kollegiyasının hökmü ile Samir Tahirzade 10 il müddetine azadlıqdan mehrum edilib.

Qeyd edek ki, keçen il may ayında Nizami Rayon Polis İdaresi emekdaşlarının keçirdiyi emeliyyat zamanı Qobustan rayon sakini, 48 yaşlı Samir Tahirzade saxlanılıb. Onun üzerinden 1 kiloqramdan artıq narkotik vasite olan heroin ve heşiş aşkar edilib.

S.Tahirzade narkotik maddeleri 1500 manata aldığını, şexsi istifadesi ile yanaşı, satmaq niyyetinde olduğunu bildirib.

O, evveler Cinayet Mecellesinin bir neçe maddesi ile mehkum olunaraq 7 defe azadlıqdan mehrum edilib. Sonuncu defe öten il azadlığa buraxılan S.Tahirzade baresinde bu defe Cinayet Mecellesinin 234-cü (qanunsuz olaraq narkotik vasiteleri, psixotrop maddeleri ve ya onların prekursorlarını hazırlama, istehsal etme, elde etme, saxlama, daşıma, gönderme ve ya satma) maddesi ile cinayet işi başlanılıb.

 

Onu da qeyd edek ki, S.Tahirzade Azerbaycanın dahi şairi Mirze Elekber Sabirin (Elekber Zeynalabdin oğlu Tahirzade) qardaşının neticesidir.


Oxunub 288 defe