Xəbərlər ::

SİYASƏT :: Azerbaycan ATET-e dәvәt gönderib

22-07-2015 16:36

 

İlk olaraq Azerbaycana ehtiyacları qiymәtlәndirmә missiyası sefer edecek

 

Azәrbaycanda keçirilecek parlament seçkilәrini müşahidә etmәsi üçün ATӘT-in Demokratik Tәsisatlar vә İnsan Haqları Bürosuna (DTİHB) dәvәt gönderilib.

 

Bu barәdә APA-ya ATӘT DTİHB-dan mәlumat verilib.

 

DTİHB-da deyibler ki, artıq resmi Bakının devetini alıblar, ilk olaraq Azerbaycana ehtiyacları qiymәtlәndirmә missiyası göndәrilәcәk.

 

"Missiya Azәrbaycanda seçkilәrlә bağlı maraqlı tәrәflәr, o cümlәdәn hakimiyyәt vә siyasi partiya nümayәndәlәri, müstәqil namizәdlәr, vәtәndaş cәmiyyәti üzvlәri vә media nümayәndәlәri ilә görüşәcәk.

 

Müşahide olacaqsa, missiya toplanmış informasiyalar әsasında hansı növ seçki müşahidәsi fәaliyyәtininin aparılması ilә bağlı tövsiyәlәr verәcәk", - deye DTİHB-den bildirilib.


Oxunub 211 defe