Xəbərlər ::

DÜNYA :: 1 milyon yarım ecnebinin Rusiyaya girişi qadağan edilib

22-07-2015 16:57

 

“1,46 milyondan çox ecnebiye Rusiyaya giriş yasaqlanıb”.

 

APA-nın Moskva müxbirinin verdiyi melumata göre, bunu Rusiya Federal Miqrasiya Xidmetinin rehberi Konstantin Romadanovski bu gün keçirdiyi metbuat konfransında bildirib.

 

Onun sözlerine göre, hemin ecnebiler Rusiyanın miqrasiya qanunvericiliyini pozmuş şexslerdir: “Hazırda Rusiya erazisinde miqrasiya qanunvericiliyini pozan 2,7 milyon xarici vetendaş var. Bu şexsler qanunvericilikde nezerde tutulan 90 gün qalma müddetini pozaraq ölke erazisinde qalıblar. Ona göre de onlar Rusiyaya girişine qadağa qoyulacaq şexslerin yer aldığı “risk” qrupuna daxil edilib”.

 

FMX rehberi keçen ille müqayisede Rusiyaya gelen xarici vetendaşların sayının azaldığını söyleyib: “Öten ille müqayisede Rusiyadan deportasiya olunan ecnebilerin sayı çoxalıb. Rusiyaya gelen ecnebilerin sayında ise azalma müşahide olunur. Hem de Rusiya vetendaşlığını qebul edenlerin sayında artım var”.

 

K. Romadanovski Rusiyada miqrasiya qanunvericiliyinin sertleşdirilmesi ile bağlı seslendirilen fikirlerle razılaşmadığını da bildirib: “Biz qanunları sertleşdirmirik, sadece bu sahede qayda-qanun yaradırıq”.

 

FMX rehberi bildirib ki, bu ilin 6 ayı erzinde 310 min ecnebiye ölkeye giriş yasaqlanıb. Onlardan 15 min nefer 10 il müddetine, 90 min nefer ise 5 il müddetine deportasiya olunub.  


Oxunub 199 defe