Xəbərlər ::

HADİSƏ :: Tarixi OLAY: Azerbaycanda 8 min illik ev tapıldı

22-07-2015 17:25

 

 

Arxeoloqlar Ağdamda yaşı 8 min ile yaxın abide aşkarlayıblar. APA-nın Qarabağ bürosunun xeberine göre, qedim yaşayış meskeni artıq dördüncü mövsümdür qazıntı işleri aparılan İsmayılbey tepesinde müeyyen edilib. Qarabağ arxeoloji ekspedisiyasının  rehberi Xaqani Almemmedovun sözlerine göre, qazıntılar zamanı üze çıxan qalıqlar bele demeye esas verir ki, burada tapılan evler memarlıq üslubuna göre Qafqaz arxeologiyası üçün yenilikdir.

 

Qazıntılar zamanı, hündürlüyü 3.40 metr, diametri 5.4 metr olan yaşayış evinden hem de 4 eded teserrüfat küpü, 1 uşaq qebri ve 200 eded sapand daşı üze çıxıb.

 

X. Almemmedov APA-ya müsahibesinde deyib ki, qazıntı işlerinden müxtelif analizler götürülüb ve müeyyen edilib ki, abide bizim eradan evvel 5700 il önceki dövrü ehate edir.

 

Arxeoloq onu da bildirib ki, İsmayılbey tepesinde dörd mövsüm erzinde 400 kvadratmetrlik erazide qazıntı işleri aparılıb ve buradan Qafqaz arxeologiyası üçün çox mühüm nümuneler aşkarlanıb.


Oxunub 302 defe