Xəbərlər ::

SİYASƏT :: Azerbaycanlı deputatın qızı fransalı iş adamı ile aile qurdu

20-07-2015 12:48

Milli Meclisinin deputatı, Yeni Azerbaycan Partiyasının Siyasi Şurasının üzvü Asef Hacıyevin qızı Menzer Hacıyevanın toyu olub. 
 

 

Payiz.Az-ın qafqazinfo-ya istinaden xeberine göre, “Menzer Hajiyeva” kelağayı brendinin dizayneri olan Menzer Hacıyeva fransalı iş adamı Saşa Sebbaxla aile heyatı qurub. Cütlüyün toyu aile üzvleri ve yaxın qohumların ehatesinde keçib. 

 

Qeyd edek ki, Saşa Sebbax Ekologiya ve Berpa Olunan Enerji Menbeleri saheleri üzre peşekar mütexessisdir. Menzer ve Saşa bir neçe il önce Parisde tanış olublar. Menzer Hacıyeva uzun iller Nyu-Yorkda yaşayıb ve Nyu-York Universitetinde bakalavr tehsili alıb, daha sonra Parsons Dizayn Mektebinde moda tedqiqatları üzre sertifikata nail olub. O hemçinin, Parisin Studio Berçot moda mektebinde tehsil alıb. Michael Kors, Zac Posen, Narciso Rodrigues ve Lanvin kimi dünyaca mehşur brendlerinin dizayn-studiyalarında işleyib.

 

Xatırladaq ki, Parlamentde 8 saylı Nizami ikinci (Gence) seçki dairesini temsil eden Asef Hacıyev eyni zamanda Qara Deniz İqtisadi Emekdaşıq Teşkilatı Parlament Assambleyasının (QDİET PA) baş katibi ve  Parlament Meclisi Sedrinin müavini, BDU-nun ehtimal nezeriyyesi ve riyazi statistika kafedrasının müdiridir.

 

Asef Hacıyevin 3 övladı var. 

 


Oxunub 337 defe