Xəbərlər ::

SOSİAL :: 20 il öncenin sensasiyası: Allahın Meskeninin fotoları dünyanı nece qarışdırdı?

22-07-2015 18:15

 

 

1994-cü ilde “Habbl” teleskopu kosmosda uçan, süni olduğu aydın görünen neheng obyektin şeklini çekibler. NASA-nın emekdaşları onu Allahın Meskeni adlandırıblar. ABŞ rehberliyi bunun sirr olaraq qalmasına qerar verse de, melumat hansısa yollarla aşkara çıxıb.

 

1994-cü ilin dekabrında NASA-nın mütexessisleri “Habbl”dan çekilen fotoları elde edibler. Şekillerin birinde görünen dumanlı leke marağa sebeb olub. Onun görünmesini ne Yer küresine gönderilen siqnallarda manee ile, ne de her hansı optik effektle izah etmek mümkün olmayıb. Ulduzlu semanın bu maraqlı meskenin şeklini, “Habbl” üçün maksimal olan reqemsal imkanlarla yeniden çekibler. Şekillerde tebietin yaratdığı hesab edilmeyecek qeder deqiq, parlaq konstruksiya görünürdü. Hetta “böyük” ve “neheng” anlayışları, ölçüsü milyard kilometrlerle ölçülen bu obyekt üçün çox zeif seslenirdi. Bizim planetimiz, ölçüsüne göre, bu “şeher”in küçesindeki qum denesi hesab oluna biler. Gördüklerinden sarsılan mütexessisler bu obyekti şeher elan ederek, ona “Allahın Meskeni” adını veribler. Heç kes heqiqete ne qeder yaxın olduğunun ferqinde deyildi...

 

Obyekti müşahide eden alimler müeyyenleşdirdiler ki, o, qalaktika ile birge, Yer küresine nisbetde hereket edir. Bu, Böyük Partlayış nezeriyyesine uyğun gelirdi. Nezeriyyeye esasen, kainatda partlayış olub ve o zamandan bu yana qalaktikalar bir merkezden kenara atılaraq, müxtelif istiqametlerde hereket edirler. Ancaq kainatın bu hissesinin üçölçülü modelini düzelden mütexessisleri sürpriz gözleyirdi: Yer küresi ve diger qalaktikalar heqiqeten Allahın Meskeni etrafında dövr edirler, “şeher” ise... heç yere uçmur ve olduğu yerde qalır! Bu, hemin merkezin özü idi... Allahın Meskeni kainatın tam merkezinde yerleşir.

 

NASA yetkilileri kosmosda tapılan qeribe texnogen obyekt haqqında yuxarı orqanlara melumat verirler. Bu inanılmaz tapıntının taleyini prezident Bill Klinton ve vitse-prezident Alber Qor müzakire edib. Son olaraq qerara alınır ki, beşeriyyeti bu cür mesele ile narahat etmek lazım deyil ve Allahın Meskenine aid bütün informasiyaların yayılmasına  qadağa qoyulur. Ancaq artıq gec idi. Demek olar ki, “Habbl” terefinden çekilen bütün şekiller ictimaiyyete açıqlanmışdı. Hemin bu maraqlı şekiller serverden silinmezden önce bir neçe astronomik laboratoriyalar terefinden köçürülübmüş. 1995-ci ilin evvelinde alman elmi jurnalların birinde NASA-nın bu tapıntısı haqqında melumat yayılır ve bu informasiya bütün KİV-lerde paylaşılır. 

 

Nezeriyyelerde çatışmazlıq yoxdur. Allahın meskeni haqqında her meqalede onun haqqında yeni fikirler yazılır. En çox yayılan fikirlerden biri budur ki, bura heqiqeten Yaradanın meskenidir, burada Yer küresinde ve diger planetlerde ölenlerin ruhunun meskunlaşdığı yerdir. Diger fikir ise obyektin supersivilizasiya terefinde yaradılmasıdır. Eger kainatda diger ağıllı varlıqlar mövcuddursa, mümkündür ki, onlardan bezileri inkişafın en yüksek seviyyesine çatıblar ve bele bir böyük süni obyekt yaradıblar.

 

Bundan sonra müxtelif suallar yaranıb. Yer küresi etrafında çoxlu Orbitlerarası kosmik stansiyalar uçur. Bes 500 il sonra beşeriyyet kosmosa ne buraxacaq? NASA ne edecek? Heç kes şübhe etmir ki, mütexessisler Allahın Meskenini izleyirler. Doğrudanmı 20 il erzinde burada başqa sürprizlerle qarşılaşmayıblar? Bütün yazılan meqalelere, reylere baxmayaraq, NASA “elde etdiyimiz fotoşekiller öyrenilir”den başqa heç ne demir...

 


Oxunub 1259 defe