Xəbərlər ::

SİYASƏT :: Qerman Sterliqov barede cinayet işi başlandı

22-07-2015 18:27

 “Qerman Sterliqov Şirketler Qrupu”nun Direktorlar Şurasının rehberi Qerman Sterliqovun hereketlerinde dövlet eleyhine yönelen açıq çağırışlar ve dövlet serhedini qanunsuz olaraq keçme emellerinin terkib elametleri olduğundan fakta göre Azerbaycan Respublikası Cinayet Mecellesinin 281.2 (dövlet eleyhine yönelen açıq çağırışlar) ve 318.2-ci (Azerbaycan Respublikasının dövlet serhedini qanunsuz olaraq keçme) maddeleri ile cinayet işi başlanıb.

Xarici İşler Nazirliyinin ve Baş Prokurorluğun metbuat xidmetlerinden Payiz.Az-a verilen melumata göre, Qerman Sterliqov ve onun aile üzvleri Ermenistan Silahlı qüvveleri terefinden Azerbaycanın işğal olunmuş erazilerinde yaşayan diger şexslerle qabaqcadan elbir olub cinayet elaqesine girerek “Azerbaycan Respublikasının dövlet serhedi haqqında”, “Pasportlar haqqında” Azerbaycan Respublikası Qanunlarını, habele Azerbaycan Respublikasının Miqrasiya Mecellesinin teleblerini kobud suretde pozmaqla Azerbaycan Respublikasının mühafize olunan dövlet serhedini müeyyen edilmiş senedler olmadan ve nezaret-buraxılış menteqelerinden kenarda keçerek 4 iyul 2015-ci il tarixde işğal olunmuş erazilere daxil olub.

Qerman Sterliqov bundan başqa, qanunsuz rejimin beynelxalq seviyyede tebliğ edilmesi meqsedile 13 iyul 2015-ci il tarixde Şuşa şeherinde metbuat konfransı keçirib özüne mexsus “V Kontakte” sosial şebekesine aid sehifesinde melumatlar yerleşdirerek qondarma rejimin “müsteqilliyini” desteklemekle Azerbaycanın beynelxalq seviyyede tanınmış erazi bütövlüyünün parçalanmasına, dini ve etnik zeminde tefriqeye, işğal olunmuş erazilerde tebii servetlerin qanunsuz istismarına, saxta pul vahidlerinin kesilmesine ve çirkli pulların yuyulmasına yönelen açıq çağırışlar etmiş ve qanunsuz biznes fealiyyeti ile meşğul olmuş ve aile üzvlerini bu işe sövq edib.  

 

Hazırda iş üzre Baş Prokurorluğun Ağır cinayetlere dair işler üzre istintaq idaresinde istintaq tedbirleri davam etdirilir.

 


Oxunub 341 defe