Xəbərlər ::

İQTİSADİYYAT :: Beynelxalq Bankın Müşahide Şurası ve İdare Heyetinin yeni terkibi tesdiqlenib

22-07-2015 18:34

 

 

Bu gün “Azerbaycan Beynelxalq Bankı” ASC-nin sehmdarlarının növbedenkenar ümumi yığıncağı keçirilib.

 

Bankın metbuat xidmetinden "APA-Economics”e verilen melumata göre, yığıncaqda Azerbaycan Prezidentinin “Azerbaycan Beynelxalq Bankı” ASC-nin dövlete mexsus sehmlerinin özelleşdirilmeye hazırlanması ile bağlı sağlamlaşdırılma tedbirleri haqqında” 15 iyul 2015-ci il tarixli Fermanından ireli gelen vezifeler müzakire edilmiş, Müşahide Şurasının ve İdare Heyetinin terkibi, Bankın sehmlerinin formasının deyişdirilmesi barede meselelere baxılıb.

 

Bankın Müşahide Şurasının mövcud say terkibi 7 neferden 5 neferedek endirilib.

 

Bankın İdare Heyetinin üzvleri Emil Mustafayev, Vaqif Ekberov, Qubad Hüseynov ve Reşad Hacıyevin selahiyyet müddetlerinin başa çatması ile elaqedar onlar İdare Heyetinin üzvlüyünden ve tutduqları vezifelerden azad edilibler. İdare Heyetinin yeni terkibi seçilib, Elmar Memmed oğlu Memmedov 4 il müddetine İdare Heyetinin sedri vezifesine, Murad Oqtay oğlu Şireliyev ve Ülvi Eldar oğlu Mansurov ise hemin müddete İdare Heyeti sedrinin müavinleri vezifelerine teyin edilibler.

 

Yeni seçilmiş İdare Heyetine bankın maliyye sağlamlaşdırılması ve dövlete mexsus sehmlerinin özelleşdirilmesi ile bağlı tedbirleri heyata keçirmek meqsedi ile kredit siyasetinin yeniden işlenib hazırlanması, Bankın teşkilati strukturunun ve filial şebekesinin tekmilleşdirilmesi ve bir sıra diger mühüm meseleler baresinde tapşırıqlar verili. Bankın Audit Komitesine ise adı çekilen Fermandan ireli gelen vezifelerin icrası olaraq Bank terefinden kreditlerin verilmesi zamanı bank ve mülki qanunvericiliyin teleblerine riayet edilmesi meselelerinin araşdırılması, aşkar olunmuş nöqsanlara yol vermiş şexslerin hereketlerine hüquqi qiymet verilmesi ve onların mesuliyyete celb olunması üçün tedbirlerin görülmesi hevale edilib.

 

Bununla yanaşı “Qiymetli kağızlar bazarı haqqında” Azerbaycan Respublikası Qanununun qüvveye minmesi ile elaqedar “Azerbaycan Beynelxalq Bankı” ASC-nin sehmlerinin forması bu Qanunun telebi olaraq senedli formadan senedsiz formaya deyişdirilmesi barede qerar qebul edilib.


Oxunub 587 defe