Xəbərlər ::

İDMAN :: "Xorvatiya yığması ele bilmesin ki..." - Robert Prosineçki

22-07-2015 18:38

“Men baş meşqçi teyin edilmemişden evvel Azerbaycan yığması Norveçe qarşı 5-6 defe oynamışdı ve heç vaxt 1 xal da olsun, qazana bilmemişdi. Osloda Norveçle qolsuz beraberliye imza atmaq ela neticedi. Ancaq Malta ile görüş psixoloji cehetden daha gergin keçmişdi”. Apasport.az saytının melumatına göre, bu sözleri Azerbaycan yığmasının baş meşqçisi Robert Prosineçki deyib.

 

Ölkesinin metbuatına danışan xorvatiyalı çalışdırıcı maraqlı fikirler seslendirib.

 

Serbiya ile yoxlama görüşüne (1:4) de toxunan Prosineçki güclü reqible qarşılaşdıqlarını qeyd edib: “Bu müddetde Serbiya ile yoxlama görüşünde de qüvvemizi sınadıq. İlk 45 deqiqede komandamız yaxşı oynadı. Ancaq fasileden sonra güclü reqibe qarşı oynadığımızı anladım. Hazırkı meqamda komandamızda her şey qaydasındadı. Növbeti görüşlere motivasiya olunmuşuq”.

 

Millimiz AÇ-2016-nın seçme merhelesi çerçivesinde növbeti görüşünü sentyabrın 3-de, mehz Xorvatiyaya qarşı keçirecek. Osiyekde xorvatlara 0:6 hesabı ile uduzan yığmamız bu defe oyundan xalla ayrılmaq arzusundadı.

 

Xorvatiya ile keçirilecek oyunla bağlı danışan Prosineçki hemyerlilerine qarşı sona qeder döyüşeceklerini bildirib: “Menim gelişime qeder Azerbaycan yığması seçme merheledeki ilk 4 görüşünde uduzmuşdu. Heç kim iddia etmir ki, biz Avropa çempionatının final merhelesinde oynayacağıq. Amma eminem ki, Xorvatiya yığmasına da qarşı yaxşı oyun göstereceyik. Ulduz futbolçulardan ibaret Xorvatiya millisi ele bilmesin ki, Bakıya gezintiye gelecek. Reqibimizin dünyanın en güclü 10 yığması sırasında olduğunu başa düşürem. Xorvatiyalı futbolçular hazırda Avropanın güclü klublarında çıxış edirler. Bizimle görüşde tebii ki, favorit onlardılar. Ancaq sona qeder mübarize aparıb, meydandan serfeli netice ile ayrılmağa çalışacağıq. Xorvatiya menim üçün ezizdi, amma bu, ferqli oyun olacaq. Sizi emin edirem ki, Bakıdakı görüş Osiyekdeki matçdan ferqlenecek”.

 

Xorvatiya millisini terifleyen Prosineçki reqib komandanın heyetinde bir neçe futbolçunu xüsusile ferqlendirib: “Xorvatiya yığmasının heyetinde ferdi cehetden en güclü futbolçular Modriç, Rakitiç, Mandzukiç, Brozoviç ve Kovaçiçdi. Reqibimiz çox güclü heyete sahibdi. Hazırkı komanda menim oynadığım dövrdeki Xorvatiya milisi ile müqayise oluna biler. Adını çekdiyim futbolçular “Real” ve “Barselona” kimi komandalarda oynayırlar. Mandzukiç meydanda çox çalışır. Eger siz Rakitiç ve Modriçe oynamağa imkan verseniz, Xorvatiya neinki Azerbaycanı, daha güclü komandalara da qalib geler. Perişiçi de diqqetde saxlamalıyıq. O, hazırda Xorvatiyanın en yaxşı oyunçularındandı. Hem müdafie, hem de hücuma destek olur”.

 

 


Oxunub 286 defe