Xəbərlər ::

SOSİAL :: Zakir Hesenov orduda çalışan jurnalistleri mükafatlandırdı

22-07-2015 22:58

Azerbaycan Silahlı Qüvvelerinin Telim ve Tedris Merkezinde orduda çalışan kütlevi informasiya vasiteleri nümayendelerinin iştirakı ile tedbir keçirilib.

 

Payiz.Az-ın Müdafie Nazirliyinin saytına istinaden verdiyi melumata göre, nazir müavini, Şexsi Heyet Baş İdaresinin reisi, general-leytenant Kerim Veliyev metbuat işçilerini salamlayaraq onlara müdafie naziri, general-polkovnik Zakir Hesenovun tebriklerini ve arzularını çatdırıb.

 

Nazir müavini Silahlı Qüvvelerimizde aparılan islahatlardan, ordunun yüksek döyüş qabiliyyetinden, onun menevi-psixoloji hazırlığından, maddi-texniki teminatının yükseldilmesinden, keçirilen irimiqyaslı telimlerin ehemiyyetinden danışaraq bu yaxınlarda Silahlı Qüvvelerin Ali Baş Komandanı İlham Eliyevin rehberliyi ile Nazirler Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına ve qarşıda duran vezifelere hesr olunan iclasda ordu quruculuğuna, Silahlı Qüvvelerimizin gücüne verilen yüksek qiymeti xüsusi olaraq vurğulayıb.

 

Sonra nazir Z. Hesenovun Silahlı Qüvvelerin kütlevi informasiya vasitelerinin nümayendelerinin mükafatlandırılmasına dair emri tedbir iştirakçılarının diqqetine çatdırılıb. Emre esasen bir qrup emekdaşa teşekkür elan olunub, Fexri ferman ve mükafatlar teqdim edilib.


Oxunub 250 defe