Xəbərlər ::

SOSİAL :: Milli Metbuatın 140 illiyi ile bağlı tenteneli tedbir keçirildi

22-07-2015 23:16

Bu gün Azerbaycan Milli Metbuatının yaranmasının 140 illik yubileyi ile bağlı tenteneli tedbir keçirilib.

 

APA-nın xeberine göre, tedbirde Azerbaycan metbuatının keçdiyi yola hesr olunmuş filmin nümayişinden sonra prezident İlham Eliyevin serencamı ile teltif olunmuş jurnalistlere fexri adların ve medalların teltif olunması merasimi keçirilib.

 

Mükafatları Azerbaycan prezidentinin ictimai-siyasi meseleler üzre kömekçisi Eli Hesenov teqdim edib.

 

Daha sonra ise Azerbaycan Prezidenti yanında Kütlevi İnformasiya Vasitelerinin İnkişafına Dövlet Desteyi Fondunun (KİV DF) I Avropa Oyunlarının en geniş işıqlandırılması ile bağlı elan etdiyi müsabiqenin qalibleri açıqlanıb.

 

Metbuat Şurasının tesis etdiyi Ali Media Mükafatının teqdim olunması merasiminden sonra ise KİV DF-nin jurnalistler üçün teşkil etdiyi ferdi yazı müsabiqesinin qalibleri mükafatlandırılıb ve “Bakcell” şirketinin jurnalistler üçün xüsusi bayram hediyyeleri teqdim olunub.

 

Daha sonra tedbir konsert proqramı ile davam etdirilib.


Oxunub 335 defe