Xəbərlər ::

HADİSƏ :: Avtomobil meheccere çırpıldı: 26 yaşlı oğlan öldü

20-07-2015 13:20

 

Azerbaycanın Şamaxı rayonunda ölümle neticelenen yol-neqliyyat hadisesi baş verib.


 

APA-nın yerli bürosunun xeberine göre hadise Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, Şamaxı şeheri erazisinde qeyde alınıb. Melumata göre 99-BC-059 dövlet nömre nişanlı “VAZ 21014” markalı minik avtomobili hereketde olarken qarşısına it çıxıb.  Avtomobil idareetmeden çıxaraq, yolun kenarındakı demir meheccere çırpılıb. Zerbenin tesirinden avtomobilin arxa qapısı açılıb ve sernişin, Oğuz rayon sakini 1989-cu il tevellüdlü Sadeddinov Şahmar Nizami oğlu yolun ortasına düşerek hadise yerinde ölüb.

 

 

Faktla bağlı Baş Dövlet Yol Polisi İdaresinin istintaq ve tehqiqat şöbesi terefinden araşdırma aparılır.

 


Oxunub 366 defe