Xəbərlər ::

İDMAN :: Çempionlar Liqası: “Qarabağ” növbeti merhelede!

23-07-2015 01:46

Bakı-APA. Azerbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının II tesnifat merhelesinde Monteneqro temsilçisi “Rudar”la cavab oyununa çıxıb. Apasport.az saytının melumatına göre, öz meydanında keçirilen ilk görüşde qolsuz heç-heçeye imza atan Ağdam klubu bu defe seferde reqibi ile münasibetlere aydınlıq getirib.

 

Oyuna istekli başlayan “Qarabağ” ilk deqiqelerden hücuma atıldı. Ancaq Ağdam temsilçisinin bütün cehdlerine baxmayaraq ilk yarıda hesabı açmaq mümkün olmadı.

 

İkinci hisse de eyni ssenari ile başladı. Hücum eden “Qarabağ”, müdafie olunan ise ev sahibleri idi. Ancaq temsilçimizin bu tezyiqi nehayet behresini verdi.

 

Oyunun 57-ci deqiqesinde Ansi Aqollinin sol cinahdan ötürmesini tek toxunuşla tora qovuşduran Reynaldo hesabı açdı.

 

Matçın gedişinde her iki komandanın bir neçe defe cehdi olsa da oyunda başqa qol olmadı.

 

Belelikle, seferde qalib gelen Qurban Qurbanovun yetirmeleri növbeti merheleye yükselibler.

 

III merhelede ise reqib Şotlandiyanın “Seltik” klubu olacaq.

 

Çempionlar Liqası

 

II tesnifat merhelesi

Cavab oyunu

 

"Rudar" (Pljevlya, Monteneqro) - "Qarabağ" (Azerbaycan) - 0:1

Qol: Reynaldo, 56

 

Baş hakim: Georgi Kabakov

 

İlk oyun – 0:0


Oxunub 404 defe